• $
  • €
  • ₽
  • ₺
  • £

Xocalının deputatı Fərrux əməliyyatından danışdı: “Silahdan istifadə edilməyib”

Xocalının deputatı Fərrux əməliyyatından danışdı: “Silahdan istifadə edilməyib”
28.03.2022 15:49
Bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə Azərbaycan Ordusunun həyata keçirdiyi dislokasiya işləri barədə məlumatlar yayılır. Bildirilir ki, tarixi torpaqlarımızdan olan Fərrux kəndi artıq Azərbaycanın nəzarəti altındadır.

Bununla bağlı Modern.az-a danışan Xocalının deputatı Elman Məmmədov Fərrux kəndinin azad olunması barədə məlumatı təsdiqləyib. Deputat Azərbaycan Ordusunun öz suveren ərazilərində dislokasiya həyata keçirdiyini vurğulayıb.

"Fərrux kəndi və ona bitişik yüksəklik Xocalı rayonun ərazisidir. Həmin istiqamətdəki kiçik kəndlər mühüm strateji yüksəkliklərdir. Bu yüksəkliklərdən Ağdamın bir hissəsi, hətta Əsgəran qalasına qədər olan yerlər nəzarətdə saxlamaq mümkündür.

Heç bir silahdan istifadəsiz, zor tətbiq etmədən öz ərazilərimizdə dislokasiya həyata keçirmişik. Hərbçilərimiz yaşayış məntəqələrimizin, oraya köçürüləcək əhalinin təhlükəsizliyini təmin etmək üçün addım atıb. Bizim torpaqlarımızda qalan erməni hərbi birləşmələrinin neytrallaşdırılması üçün həmin bölgələrdə möhkəmləndilər”.

Xarici dövlətlərin Azərbaycan Ordusunun tədbirləri haqda bəyanatlar verdiyini xatırladan E. Məmmədov heç kimin ölkəmizin daxili işinə qarışmağa haqqının olmadığını vurğulayıb:

"Bizim öz ərazimizdə atdığımız addımlarla əlaqədar digər dövlətlər müxtəlif bəyanatlar verir. Azərbaycan müstəqil dövlətdir. Hansı ərazidə möhkəmlənməyi uyğun bilirsə, orada  mövqelərini quracaq. Ermənilərə canıyananlıq edən dövlətlərdən soruşuram, razı olarsınız ki, ərazilərinizdə separatçılar, terrorçular kök salsa, göz yumarsınız?

Azərbaycan hərbçiləri mövqelərindən çəkilmək fikrində deyillər və bunu etməyəcəklər. Rusiya sülhməramlıları 10 noyabr bəyanatı əsasında üzərinə düşən missiyanı yerinə yetirsin. Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları keçirməyə belə ixtiyarı var. Buna heç kim qarışa bilməz”.

İlk dəfə Fərrux yüksəkliyi 1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevin batalyonu tərəfindən azad edilib. 29 mart 2022-ci ildə Azərbaycan Ordusu həmin yüksəkliyə nəzərəti yenidən bərpa etməyi bacarıb. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol