• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan hökuməti daha 14 məhbusu İrana təhvil verib

Azərbaycan hökuməti daha 14 məhbusu İrana təhvil verib
30.04.2014 09:53
Azərbaycan həbsxanalarında cəza çəkən daha 14 iranlı məhbus İrana təhvil verilib.APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfirliyinin konsulu Seyid Möhsün Molayi açıqlama verib.Onun sözlərinə görə, proses aprelin 29-da İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib: “Bu mübadilə son aylarda iki ölkə arasında yaradılmış müsbət əlaqələrin təzahürü və İranın Azərbaycandakı səfirliyinin səylərinin nəticəsidir. Azərbaycan hökuməti də bu məsələdə İranla yaxşı əməkdaşlıq edir. Ötən bir ay ərzində Azərbaycan 34 iranlı məhbusu İrana təhvil verib. Növbəti aylarda Azərbaycan həbsxanalarında cəza çəkən daha 35 iranlı məhbusun İrana təhvil verilməsi müvafiq qurumlarla razılaşdırılıb”. M.Molayi deyib ki, Azərbaycan hökumətinin İrana təhvil verdiyi 14 iranlı məhbus arasında 3 qadın da var: “Bu məhbuslar narkotik maddələrin alqı-satqısı və ya daşınması ittihamı ilə həbs edilərək azadlıqdan məhrum olunublar. Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini İran həbsxanalarında çəkəcəklər”.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol