• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın yox, "beşinci nöqtəniz"in dərdini çəkin - Delyaginə CAVAB

Azərbaycanın yox, "beşinci  nöqtəniz"in dərdini çəkin - Delyaginə CAVAB
29.03.2022 17:30
2020-ci ildə 44 günlük müharibə göstərdi ki, Azərbaycanın hava və raket hücumundan müdafiə qüvvələri  enerji infrastrukturu obyektlərini etibarlı şəkildə qorumağa qadirdir  və heç kəs Azərbaycana təhlükə yarada bilməz. Bunu  Azərbaycan parlamentinin deputatı, politoloq  Rasim Musabəyov Rusiyalı politoloq  Mixail Delyaginə şəxsi Facebook hesabında yazdığı cavabda bildirib. 
 
Belə ki,  Mixail Delyaqin Rusiyanın RTR kanalında yayımlanan "60 dəqiqə" verilişinin efirində Azərbaycanın ünvanına təhdidedici fikirlər səsləndirərək bildirib ki, Azərbaycana qarşı sözdə yox əməldə tədbirlər görmək, neft sənayesini hədəfə almaq  vaxtının çatdığını bildirib. 

Buna cavab olaraq "Azərbaycan neft sənayesi sizin "beşinci nöqtəniz”dən fərqli olaraq müasir hava hücumundan və raketdən müdafiə sistemləri ilə etibarlı şəkildə əhatə olunub", - Rasim Musabəyov yazıb. 

Musabəyovun fikrincə, görünür Jirinovski ölüm ayağında olduğu üçün onun Dövlət Dumasında yerinə kastinq keçirilir və  Mixail Delyaginin bu yeri tutmağa hazırlaşır. 
 
"Heç kim, o cümlədən Rusiya da onu bir iqtisadçı kimi ciddi qəbul etmir. Görünür, bu səbəbdən bu subyekt özünü geosiyasət və hərbi təhdidlər sahəsində sınamağa qərar verib.  Martın 28-də RTR-in iyrənc "60 dəqiqə” verilişinin efirində o, Azərbaycanın neft infrastrukturuna hərbi zərbə endirməyə çağırıb", - Müsabəyov yazıb.  

Millət vəkilinin fikrincə, Moskva neft və təbii qaz ixrac edən digər ölkələrə məhdudiyyətlər qoymaqla neft bazarında süni qıtlıq  yaratmaqdan ağıllı bir şey düşünə bilməyib. Bununla rəsmi Moskva ABŞ, Avropa İttifaqı və digər Qərb ölkələrinin Ukraynanın işğalı ilə əlaqədar Rusiyanın enerji resurslarının qoyduğu embarqoya cavab vermək qərarına gəlib.   

"Belə ki, uydurulmuş səbəb üzündən Qazaxıstan neftinin Novorossiysk boru kəməri ilə  daşınması dayandırılıb.  Görünür, bədbəxt Kreml strateqlərinin bəzilərinin başında oxşar fikirlər fırlanır və Delyaginə yalnız onların ictimai təsdiqi həvalə edilib",  - millət vəkili bildirib. 

Rasim Musabəyov həmçinin qeyd edib ki, Azərbaycan postsovet məkanında ən müasir və zəngin hava hücumundan  və raketdən müdafiə sisteminə malikdir. O, Rusiyanın özündə alınmış ən son S-300PMU2 Favorit-in iki bölməsinə, çoxlu sayda Buk-MB, Tor-M2E, həmçinin İsrailin SPYDERSR (məşhur Dəmir Günbəz) və Barak-8-ə malikdir. 

"Azərbaycanın hava və raket hücumundan müdafiəsi 2020-ci ildə 44 günlük müharibə zamanı enerji infrastrukturu obyektlərini etibarlı şəkildə qorumağa imkan verib. İngilis yazıçısı Robert Lyuisin məşhur sözlərini də xatırlayıram: "...şüşə evdə yaşayan başqalarına daş atmamalıdır”. Delyaqinin Rusiya Federasiyasında siyasi və sosial çəkisi o qədər kiçikdir ki, o, Rusiya Federasiyasının enerji infrastrukturunun təhlükəsizliyini demirəm, hətta özünün "beşinci nöqtəsinin” təhlükəsizliyini təmin edə bilmir. Odur ki, o,  dövlət telekanalının televiziya ekranından indiyə qədər dost olan Azərbaycanın neft infrastrukturunun məhv edilməsi ilə bağlı təhdidləri məsuliyyətsiz şəkildə səsləndirməməli idi",  - Rasim Musabəyov vurğulayıb. 
 
Rusiya Xarici İşlər Nazirliyi də Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı açıqlamalarına münasibət bildirib.

Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, deputatın fikirləri qəbuledilməzdir.  "Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyinə uyğun gəlmir və qəbuledilməzdir”, - XİN rəsmisi vurğulayıb.

 


N.Təbrizli
Kənan Əzizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol