• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident fərman imzaladı

Prezident fərman imzaladı
29.03.2022 20:12
Prezident İlham Əliyev  "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nda və "Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Sənədə əsasən, "Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na aşağıdakı məzmunda yarımbənd əlavə edilib:


"3.1.4-1. ərzaq məhsullarının satıcıları satmaq niyyətində olduqları məhsulların növü, qiyməti və miqdarı barədə məlumatı hər il sentyabrın 1-dək portalda yerləşdirirlər;”.


"Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib:


"3.1.3-1. "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi;”;


"3.2.3-1. "ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı” altsistemi vasitəsilə satınalan təşkilatlar tərəfindən ərzaq məhsullarının dövlət büdcəsinin vəsaiti hesabına satın alınmasına dair tələb və təkliflərin yerləşdirilməsi, istehsalçıların və ya satıcıların satınalan təşkilat tərəfindən seçilməsi, habelə satınalan təşkilatlarla istehsalçılar və ya satıcılar arasında ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının və bununla əlaqədar digər tədbirlərin həyata keçirilməsi;”;


2.2. 5.1.25-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 5.1.26-cı yarımbənd əlavə edilib:


"5.1.26. ərzaq məhsulları istehsalçılarının, satıcılarının və satınalan təşkilatların aşağıdakı məlumatları:


1. fiziki şəxs olduqda – soyadı, adı, atasının adı, qeydiyyat ünvanı və fərdi identifikasiya nömrəsi;


2. hüquqi şəxs olduqda – tam adı, qanuni təmsilçisinin soyadı, adı və atasının adı, hüquqi ünvanı;


3. VÖEN-i və vergi ödəyicisi kimi uçota alınması haqqında digər məlumatlar;


4. əlaqə nömrələri;


5. elektron poçt ünvanı;


6. bank rekvizitləri (bankın adı, müxbir hesabı, kodu, VÖEN-i, SWIFT kodu və digər müvafiq məlumatlar).”;


2.3. 7.1.6-cı yarımbəndin 3-cü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 7.1.7-ci və 7.1.8-ci yarımbəndlər əlavə edilsin:


"7.1.7. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları:


1. qeydiyyatdan keçmək;


2. elektron kabinetdən istifadə etmək;


3. satınalan təşkilatların ərzaq məhsullarına tələbatlarına uyğun təkliflərini (məlumat və (və ya) sənədləri) daxil etmək;


4. satınalan təşkilatlarla ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;


5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktını təsdiqləmək;


7.1.8. satınalan təşkilatlar:


1. qeydiyyatdan keçmək;


2. elektron kabinetdən istifadə etmək;


3. ərzaq məhsullarına tələbatları barədə məlumatları daxil etmək;


4. ərzaq məhsullarının istehsalçıları və ya satıcıları ilə ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsini elektron sənəd formasında bağlamaq, həmin müqavilədə dəyişiklik edilməsi üçün müqavilənin digər tərəfinə müraciət etmək;


5. ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı müqaviləsinə uyğun olaraq məhsulların təhvil-təslim aktlarını təsdiqləmək.”.


Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol