Müharibənin 34-cü günündə Ukraynada son durum

Rusiyanın Ukraynada hərbi əməliyyatlar keçirtməsinin 34-cü günüdür.
Bu günə Ukraynda baş verən əsas hadisələr:
-Bu gün səhər saatlarında Kiyevətrafı qəsəbələrdə yenidən partlayış səsləri eşidilir. Qostomel, Buça və İrpin bölgələrində döyüşlər və atışmaların olduğu bildirilir.
-Yerli vaxtla səhər saat 8.30 radələrində Donetskdə çoxmərtəbəli yaşayış binasına mərmi düşüb. İki nəfərin öldüyü bildirilir. Ərazidə dağıntıların təmizlənməsi davam edir.
-Artıq atışma ilə bağlı məlumat da Lisiçansk, Avdeevka, Maryinka, Krasnoqorovkadan gəlir. Novomikhailovkaya mümkün hava hücumu barədə məlumat verilir.
- Xerson vilayətinin müxtəlif rayonlarında partlayışlar və mərmilər davam edir.
- Mariupolda vəziyyət dəyişməzdir: blokada və küçə döyüşləri. Şəhərdə on minlərlə dinc sakin qalıb.
-Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Rusiya bölmələri yenidən təşkil olunmaq üçün Rusiya və Belarusa qayıtmağa məcburdur. Agentliyin fikrincə, yerdəki qüvvələrin azaldılması raket hücumlarının və atışmaların sayının artması anlamına gələ bilər.(BBC)

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib