Ukraynanın tərk edən azərbaycanlıların sayı açıqlandı

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi səbəbindən 20 min Azərbaycan vətəndaşı Ukraynadan qaçmaa məcbur olub. Bunu Azərbaycan xariciişlər naziri Ceyhun Bayramov Polşa xarici işlər naziri Zbiqnev Rau ilə görüşünün nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib.
"20.000 azərbaycanlı soydaşımız Ukraynadan getməyə məcbur olub. Onlardan 4 mini Polşa ərazisindən keçərək Ukraynadan çıxıb. Onların keçməsi üçün diplomatik səviyyədə hər cür şərait yaradılıb və buna görə Polşa tərəfinə təşəkkürümü bildirmək istəyirəm", - Bayramov deyib.
Ceyhun Bayramov həmçinin bildirib ki, 2022-ci il Polşa-Azərbaycan münasibətləri tarixində xüsusi ildir.
"Biz diplomatik münasibətlərin təsis edilməsinin 30 illiyini qeyd edirik. Ölkələrimiz arasında strateji əməkdaşlıq barədə yol xəritəsinin 5 ili tamam olur. İqtisadi, siyasi sahələrdə olan çoxsaylı tədbirlər münasibətlərimizin düzgün olduğunu göstərir. Bu ilin fevralında strateji dialoqumuzun ilk iclasını Varşavada keçirmişik. İqtisadi əməkdaşlığa xüsusi yer ayrılıb. Bura nəqliyyat, transit, kənd təsərrüfatı, turizm sahəsində əməkdaşlıq daxildir. 2022-ci ilin ikinci yarısında Polşa Azərbaycan hökümətlərarası komissiyasının səkkizinci iclasını keçirmək nəzərdə tutulub", - Bayramob bildirib.
O həmçinin 2022-ci ilin mayında Bakı-Varşava-Bakı marşrutuilə yeni aviareysin açılacağını da bildirib.
Bayramovun sözlərinə görə Polşalı həmkarı ilə həmçinin Ukraynada baş verən hadisələri müzakirə edib.
"Bizim görüşümüzün böyük hissəsi Ukrayna ilə bağlı durumu necə həll etmək, böhrana məruz qalmış insanlara yardımın intensivləşdirilmək, humanitar yardım məsələsinə həsr edilib", - Bayramov Vurğulayıb.
Polşanın xarici işlər naziri Zbiqnev Rau-da ATƏT-in fəaliyyətdə olan sədri kimi bu qurumun Ukraynada baş verənlərdən narahat olduğunu bildirib.
"Rusiyanın Ukraynaya əsassız müdaxiləsi təhlükədir. ATƏT-i münaqişələrin həllində rol oynayan qurum kimi bu çox narahat edir.Biz ATƏT-in bu münaqişənin həllində də böyük rol oynayacağını düşünürük", Rau bildirib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























