• $
  • €
  • ₽
  • ₺
  • £

"30 il ərzində Rusiyadan 30 qram fayda görməmişik"- EKSPERT

"30 il ərzində Rusiyadan 30 qram fayda görməmişik"- EKSPERT
04.04.2022 16:53
Rusiya və Azərbaycan arasında diplomatik münasibətlər 30 il bundan əvvəl 1992-ci il aprelin 4-də qurulub. Həmin ildə hər iki dövlətin qarşılıqlı olaraq səfirlikləri açılmışdır.  30 il ərzində  Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində Baş konsulluqları, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyi nəzdində Ticarət nümayəndəliyi fəaliyyətə başlayıb.
 
30 il ərzində Azərbaycanla Rusiya arasındakı müsasibətlər hansı səviyyədə qalıb?
 
Rusiya Azərbaycanın müttəfiqidir 

Milli Məclisin deputatı  Rüfət Quliyev deyir ki,  Rusiya bizim müttəfiqimizdir. 
 
"İqtisadi baxımdan Rusiya bazarı bizə çox vacibdir.  Rusiyadan  taxılın 20%-ni  alırıq. Kənd təsarüfatı üçün mineral gübrələr və bir çox məhsullar Rusiyadan alınır.  Şimal qonşumuz eyni zamanda Qarabağa yatırım etməyi də düşünür. Rusiyada iki milyona yaxın  etnik azərbaycanlı yaşayır. Orada Azərbaycan vətəndaşları sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Təbiidir ki, münasibətlərimiz normal olmalıdır. Biz orada yaşayan vətəndaşlarımızı qorumalıyıq. Çünki Rusiya bizim üçün normal şərait yaradır. Azərbaycanda istehsal olunan, qeyri neft sektoruna aid  məhsullar Rusiyada satılır", - deputat bildirib.
 
30 il ərzində Rusiyadan 30 qram fayda görməmişik
 
Məsələ ilə bağlı polkovnik, hərbi ekspert Üzeyir Cəfərov anews.az-a açıqlamasında bildirib ki, 30 il ərzində Rusiyadan 30 qram fayda görməmişik.
 
"Bu illər ərzində  Rusiyanın Azərbaycana hörmətsiz yanaşdığının şahidi olmuşuq. Bizim işğal olunmuş ərazilərlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dörd məlum  qətnaməsi var. Ancaq qətnamənin icra  olunmamasının əsas səbəbkarı Rusiyadır. Çünki onlar həmişə işğalçının yanında olubr.  Rusiyanın sağlam olmayan siyasəti onu deməyi əsas verir ki, biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Yaxın günlərdə Rusiyaya elə bir sanksiya tətbiq olunacaq ki, Rusiyanın yanında olan dövlətlər də çox çətin vəziyyətə düşəcək. Ukrayna ilə müharibə sübut etdi ki, faşizmi, bölücülüyü, dağıdıcılığı, insanlıqdan kənar dəyərləri təbliğ edən ölkədir. Son 30 ildə onlar daha çox Azərbaycandan bəhrələniblər. Azərbaycanın yeraltı, yerüstü sərvətləri Rusiyanın iqtisadiyyatını ayaqüstə durmasına xeyli dəstək olub",  -  Cəfərov bildirib. 
 

 
Aytac Zeynalova
 

  

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol