• $
  • €
  • ₽
  • ₺
  • £

103 yaşlı azərbaycanlı nənədən "erməni soyqırımı" ilə bağlı şok açıqlamalar

103 yaşlı azərbaycanlı nənədən "erməni soyqırımı" ilə bağlı şok açıqlamalar
29.04.2014 13:33
"Əsl soyqırımı ermənilər törədiblər. Deyilənlərin hamısı yalandır. Öldürən, talan edən ermənilər, gəlinləri, qızları aparan onlar, kəndlərimizə hücum edib, məscidlərimizi hərəmxanaya çevirən onlardır. Onda onlar özləri necə soyqırıma məruz qala bilərlər?".ANS PRESS-in məlumatına görə, bu sözləri Ağrı bölgəsinin Taşlıçay kəndində Adnan Menderes Məhləsində oğlu ilə yaşayan Azərbaycan əsilli 103 yaşlı Gülxanım Kızılqaya deyib. Əsrdən artıq yaşı olan qadın 1915-ci ildə baş verən hadisələrdə kiçik uşaq olduğunu, ata-anasının hadisələrin canlı şahidi olduğunu və hadisələri məhz onlardan dəfələrlə dinlədiyini deyib. Qadının sözlərinə görə, uşaq olsa da o zaman baş verənləri xatırlayır və bu dövrün acısını hələ də yaşayırlar. "Mənim atama ermənilər "Glava Əziz" deyərdilər. "Glava" ictimaiyyətdə böyük nüfuza sahib olan şəxs mənasında idi. Mən uşaq olanda ermənilər buralarda illərlə gəlib yaşayıblar. Məscidlərimizi özlərinə ev ediblər. Gündüz ətrafı talayıb, gecələr məsciddə yatırdılar. Əllərində qılınc, gələn-gedənin boynunu vururdular. Yıxıb-talan etdikdən sonra çıxıb Ermənistana getdilər".Gülxanın nənənin sözlərinə görə, qədimdən azərbaycanlılar mərkəzdə, kürdlər isə dağlıq ərazilərdə yaşayıblar. Ermənilər gələndə isə əhali kürdlərin yanına qaçıblar. "Hətta bir dəfə nənəm və babam qundaqdakı körpələrini götürərək qaçıblar. Onlar Düzmeydan kəndinə çıxıblar. Orada bir erməni atama sataşaraq onu öldürmək istəyib. Lakin evinı sığındığımız şəxs onu müdafiə edərək ermənilərə xəbərdarlıq edib. Onlarda qorxub qaçıblar. Günlərlə bu kənddə qalıblar. Geri qayıdanda isə öz evlərini talan edilmiş görüblər".Kızılqayanın sözlərinə görə, 1915-ci il hadisələri zamanı qadın, uşaqda daxil olmaqla onlarla insan qətlə yetirilib. Hamilə qadınların qarınları yarılaraq körpələr məhv edilib. Qadının atası onlara ermənilərin Yuxarı Taşlıçay kəndinə hücum etdiyini, samanlığa doldurduğu 100 nəfəri qaz yağı tökərək yandırdıqlarını danışıb. "O qədər yandırıblar ki, hətta samanlığın qapısından yağ axıb. Bu zülmə məruz qalan insanların nəvələri hələ də bu torpaqlarda yaşayırlar. Ermənilər basqın etdikləri hər yerdə bəyəndikləri qızları özləri ilə aparıblar. İndi onlar "biz soyqırıma məruz qaldıq" deyirlər. İllərlə bu torpaqlarda insanların malını və canını alıblar".ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol