• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyandan Brüssel görüşü ilə bağlı AÇIQLAMA

Paşinyandan Brüssel görüşü ilə bağlı AÇIQLAMA
07.04.2022 18:07
Qarabağın statusu məsələsi Azərbaycanla gələcək danışıqların mövzusu olmalıdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Cümə axşamı hökumətin iclasında Paşinyan qeyd edib ki, ötən həftə o, Azərbaycanın təkliflərinin məqbul olması barədə danışıb. 

"Deməliyəm ki, bu məsələlər gələcək danışıqların predmetinə çevrilməlidir", -  Ermənistanın baş naziri bildirib.

O qeyd edib ki, Ermənistan tərəfi keçmişdə olduğu kimi,  münaqişənin ATƏT-in Minsk qrupunun  iştirakı ilə həllinə üstünlük verir və bu istiqamətdə işi davam etdirməyi təklif edir. 

Aprelin 6-da Brüsseldə Avropa Şurasının prezidenti Çarlz Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra tərəflər aprelin sonunadək sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
 
Mişelin  bəyanatında izah edilib ki, bu, sərhəd məsələlərini həll etmək və İrəvanla Bakı arasında sülh danışıqlarına başlamaq məqsədi daşıyan ikitərəfli komissiya - işçi qrupu yaradılacaq.  Bəyanatın mətnində Qarabağ məsələsi qeyd olunmayıb. 

Nikol Paşinyanın sözlərinə görə, görüşdə iki ölkənin xarici işlər nazirlərinə sülh danışıqları üzrə işə başlamaq tapşırığı verilməsi barədə razılıq əldə olunub. 
 
Fehruz Rza

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol