Azərbaycanlı deputat erməni rokçuya belə cavab verdi

"System of a down” qrupunun vokalisti Serj Tankyan Qərbin Ermənistana hərbi yardım etməsi ilə bağlı müzakirələrə səbəb olan fikirlər bildirib. Bu barədə erməni əsilli amerikalı rokçu sosial şəbəkə hesabında paylaşım edib.
Xankəndinin millət vəkili, deputat Tural Gəncəliyev öz sosial şəbəkə hesabında erməni musiqiçinin paylaşımına cavab verib.
"Erməni diasporasının şüurunda dərin kök salmış dəhşətli daşnak ideologiyasının təzahürü. Şarl Mişelin dünənki səylərini dəstəkləmək yerinə, Ermənistan diasporası Cənubi Qafqazda müharibəyə və terrorun hökmranlığına çağırır”, - deputat bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























