• $
  • €
  • ₽
  • ₺
  • £

“Biz böyük qurbanlar verməli idik” – İlham Əliyev

“Biz böyük qurbanlar verməli idik” – İlham Əliyev
29.04.2014 10:01
“Biz doğma torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.Aprelin 28-i Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışında danışan prezident İlham Əliyev belə deyib. Dövlət başçısı çıxışında beynəlxalq təhlükəsizlik məsələlərinə, Dağlıq Qarabağ münaqişəsinə də yer ayırıb: “Hazırda biz tarixdə heç vaxt olmadığı kimi beynəlxalq təsisatların dəstəyinə malikik. Bunun bir nümunəsi bizim BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizdə 155 ölkənin lehimizə səs verməsi oldu. Bu o deməkdir ki, beynəlxalq ictimaiyyətin tam əksəriyyəti bizi dəstəklədi. Hətta ikitərəfli münasibətlərimiz o qədər fəal olmayan ölkələr belə bizi dəstəklədi. Onlar bizə etimad göstərdilər. Çünki bilirdilər ki, biz öz vədlərimizi yerinə yetirəcəyik.BMT-nin Təhlükəsizik Şurasının üzvü kimi əsas gündəliyimiz hüququn aliliyini və ədaləti qorumaq idi. Fikrimcə, bunlar indiki dünyanın iki ən əsas elementidir. Əfsus ki, onların hər ikisi kobud şəkildə pozulub. Bu pozulmaya reaksiya yoxdur, çünki erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Həmin qətnamələrdən heç biri həyata keçirilməyib. İşğal davam edir. Biz etnik təmizləməyə məruz qalmışıq. Ölkəmizin tarixi hissəsi olan Dağlıq Qarabağ və ətrafındakı 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Beynəlxalq təşkilatlar, əlbəttə ki, qətnamələri qəbul ediblər. Bununla bağlı digər beynəlxalq təşkilatlar - ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və əlbəttə ki, BMT-nin Baş Məclisi və Təhlükəsizlik Şurası qərarlar qəbul ediblər. Lakin onlardan heç biri yerinə yetirilməyib. Görünür, onların icra mexanizmləri yoxdur.1990-cı illərin əvvəllərində baş verənlər göstərdi ki, biz azad olmaq, müstəqillik üçün böyük qurbanlar verməli idik. Lakin cəmiyyətimizin bütün üzvləri tam əmin idi ki, bu vəziyyət uzun çəkə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycan xalqı, 1 milyon qaçqın və məcburi köçkün hazırda işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarında, doğma yurdlarında yaşamaq hüququnu bərpa edəcək. 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda ermənilər qeyri-qanuni referendum keçirdilər. Bundan öncə Dağlıq Qarabağın əhalisinin üçdə birini təşkil edən etnik azərbaycanlılar oradan qovulub. Bu hadisədən sonra qeyri-qanuni referendum keçirildi. Bu səbəbdən dünyanın heç bir ölkəsi nə həmin “referendum”u, nə də qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır. Bir sözlə, beynəlxalq hüquq, ədalət və tarix mövqeyimizi dəstəkləyir. Lakin aydın şəkildə anlayırıq ki, ədaləti və beynəlxalq hüququ bərpa etmək üçün bu kifayət deyil. Bunu etmək üçün biz daha güclü olmalıyıq. Əfsus, görürük ki, güc yenidən beynəlxalq münasibətlərin gündəliyində əsas yer tutur. Onda regionumuzun ölkələri, bizim kimi ölkələr nə etməlidir? Müxtəlif ssenarilər var. Lakin bir məsələ tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Siz daha güclü olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında səfərbər etmək üçün ürəkdən çalışmalısınız. Bizim üçün əsas prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin gücləndirilməsidir və daha yaxşı həyat standartlarının xalqımız üçün təmin edilməsidir”.ANNET.AZ
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol