Elman Rüstəmovun sədr vəzifəsindən çıxarılması parlamentdə TƏSDİQLƏNDİ

Milli Məclis Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun vəzifəsindən azad olunmasını təsdiqləyib. Bu barədə parlamentin bu gün keçirlən iclasında qərar qəbul olunub.
Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin 11 aprel toplantısında Elman Rüstəmovun sədr vəzifəsindən çıxarılması müzakirəyə çıxarılıb və baxılmaq üçün plenar iclasa təqdim edilib.
Həmin iclasda Taleh Kazımovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatı da müzakirə olunub. Deputatlar bu məsələnin də plenar iclasa çıxarılmasına səs veriblər.

Elman Rüstəmov 1995-ci ilin yanvarında Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib. 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə yenidən bu vəzifəyə təyin edilib.
Kazımov 2015-ci il iyulun 1-dən "PAŞA Bank” ASC-nin (Azərbaycanın ən böyük özəl banklarından biri) Baş İcraçı Direktoru və İdarə Heyətinin sədridir.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib