• $
  • €
  • ₽
  • ₺
  • £

İcra hakimiyyəti başçılarınа XƏBƏRDARLIQ

İcra hakimiyyəti başçılarınа XƏBƏRDARLIQ
28.04.2014 17:07
Respublikanın şəhər və rayonlarında inşa olunan yeni tikililərin həmin şəhər və rayonların memarlıq xidmətləri (baş memarları) tərəfindən razılaşdırılmış şəhərsalma sənədləri araşdırılarkən bu sahədə mövcud olan qanunvericiliyin, norma və qaydaların tələblərinin tez-tez pozulduğu aşkar edilib.Bunu “APA-Economics”ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirib.Onun sözlərinə görə, bu yoxlamalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 5-ci maddəsinə uyğun olaraq, komitənin aidiyyəti işçiləri tərəfindən həyata keçirilib.Belə ki, tikintisi nəzərdə tutulan obyektlərin konkret ərazidə yerləşdirilməsi ərazi planlaşdırılması baxımından yetərincə əsaslandırılmır, bir çox hallarda yaşıllıqların məhv edilməsinə yol verilir, layihələr mövcud Baş plana və ya müfəssəl planlaşdırma layihəsinə uyğun gəlmir, ərazinin tikinti sıxlığı və şəhərsalma reqlamenti pozulur. Tikintiyə icazə verilməsi barədə qəbul olunan qərarların heç biri Ümumi Tikinti Reyestrinə daxil edilməsi üçün komitəyə göndərilməyib. Müxtəlif  layihə təşkilatları və firmalar tərəfindən hazırlanan layihələrin memarlıq planlaşdırma həlləri, istər sənədlərin dəsti, yəni komplekt şəkildə olması baxımından, istərsə də məzmun baxımından mövcud standartların tələblərinə cavab vermir.Şəhər və rayonların memarlıq xidmətləri tərəfindən ilkin şəhərsalma sənədləri və ayrıca aktları olmadığından, layihələndirməyə başlama mürəkkəbləşir və  ya mümkün olmur. Buna görə də layihəçilər tərəfindən göstərilən tələbləri pozaraq memarlıq-planlaşdırma göstərişləri və sahələrinin ayrıca aktı olmadan icra hakimiyyəti orqanlarına sifarişçinin istəyi ilə mürəkkəb tiklilərin yalnız “eskiz layihəsi” təqdim olunur. Bunlar da əsasən həmin İcra Hakimiyyətinin memarlıq xidməti tərəfindən razılaşdırılır.Buna baxmayaraq, Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq əhalinin fərdi yaşayış evi tikintisinə başlamaq üçün məlumatlandırma hüququ bir çox hallarda müvafiq əsaslar olmadan belə müxtəlif bəhanələrlə və yerli icra hakimiyyəti tərəfindən qəbul edilən qərarlarla məhdudlaşdırılır  ya da qarşısı alınır.Bütün bunları nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov respublikanın bütün şəhər və rayon icra hakimiyyəti başçılarına xüsusi məktub ünvanlayıb. Məktubda göstərilən nöqsanlara yol verilməməsi məqsədilə müvafiq tədbirlər görülməsi xahiş olunmaqla yanaşı, belə hallar təkrar olunduğu halda Baş memarların vəzifəyə uyğunsuzluğu haqda vəsatət qaldırılacağı, həmçinin belə nöqsanlara yol vermiş layihə müəlliflərinin lisenziyalarının fəaliyyətinin dayandırılacağı diqqətə çatdırılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol