• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Misirə səfir təyin edə bilər

Türkiyə Misirə səfir təyin edə bilər
14.04.2022 21:00
Türkiyə 9 illik fasilədən sonra münasibətləri normallaşdırmaq üçün Misirə səfir təyin edə bilər.
 
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində bildirib.
 
"Misirlə münasibətləri düzəltmək vacibdir. Hər iki ölkə bir çox regionlar üçün zəruridir. Türkiyə və Misirlə münasibətlərin normallaşması Şərqi Aralıq dənizi bölgəsində də vacibdir. Qarşılıqlı səfirlərin təyini də mümkündür”, - o bildirib.
 
Yerli KİV-in məlumatına əsasən, Türkiyənin İslam Əməkdaşlığı Təşkilatındakı keçmiş təmsilçisi Salih Mutlu Şen səfir təyin oluna bilər.
 
 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursi devrildikdən sonra hakimiyyətə gələn general Əbdül Fəttah əs-Sisini rəsmi Ankara qanuni dövlət başçısı olaraq tanımaqdan imtina edib. Onda tərəflər səfirlərini məsləhətləşmək üçün geri çağırıblar. Bunun ardınca Misir Türkiyənin Qahirədəki səfirini "arzuolunmaz şəxs” ("persona non qrata”) elan edib. Ankara da uyğun cavab verib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol