ABŞ Ermənistanın azərbaycanlılara qarşı hərbi cinayətlərini sadalayan hesabat yayıb

ABŞ Dövlət Departamenti Ermənistanda insan haqlarının vəziyyəti ilə bağlı məruzə dərc edib və orada ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə məlumatlar yer alıb. Bu barədə Dövlət Departamentinin «2021 Country Reports on Human Rights Practices» məruzəsində bildirilir.
Dövlət Departamenti bildiri ki, "İnsan haqları uğrunda Beynəlxalq Əməkdaşlıq" və Truth Hounds hüquq müdafiə təşkilatının birgə hesabatına əsasən, iki videoçarxda Ermənistan silahlı qüvvələri üzvlərinin iki yaralı və əsir götürülmüş azərbaycanlı hərbçini (2020-ci ilin payızında müharibə zamanı) qanunsuz edam etməsi öz əksini tapıb.
Bundan əlavə, azı yeddi azərbaycanlı hərbi əsir Ermənistan silahlı qüvvələri və Qarabağ separatçıları tərəfindən işgəncələrə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıb.
"Azərbaycanlı hərbi əsirlərlə kobud rəftarla bağlı daha üç fakt lentə alınıb və əlavə araşdırma tələb olunur. Ən son hallardan birində pis rəftar qurbanın ölümünə səbəb ola bilər. Hesabatda qeyd edildiyi kimi, əgər bu qətllər əlavə araşdırma zamanı təsdiqini taparsa, bu, beynəlxalq humanitar hüquq çərçivəsində həyata və insana qarşı zorakılıqla bağlı qadağanının və Cenevrə Konvensiyalarının ciddi şəkildə pozulması kimi dəyərləndirilməlidir. Yaralı Azərbaycan əsgərlərinin öldürülməsi eyni dərəcədə Ermənistan Cinayət Məcəlləsinin və Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulan yaşamaq hüququnun kobud şəkildə pozulması deməkdir”, - Dövlət Departamentinin hesabatında bildirilib.
Hesabatda həmçinin 1993-cü ildə Ermənistan hərbçiləri tərəfindən öldürülmüş 12 azərbaycanlının cəsədinin Ermənistanla sərhəddə yerləşən Kəlbəcər tapılmasından da bəhs edilir.
"Azərbaycanın Baş Prokurorluğu 2021-ci il aprelin 24-də Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndi yaxınlığında 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi iddia edilən azərbaycanlıların kütləvi dəfn edildiyi məkanın axtarışına başlayıb. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 mülki azərbaycanlının meyiti tapılıb. İyuda daha üç cəsəd, avqustun 30-da isə çoxlu qalıqların olduğu başqa bir dəfn yeri tapılıb”, - Dövlət Departamentinin sənədində deyilir.
Sənəddə Ermənistanın Azərbaycan ərazilərində yaratdığı mina təhlükəsi barədə də məlumat yer alıb. Azərbaycan Baş Prokurorluğunun statistik məlumatlarına görə, bunun nəticəsində 2020-ci ilin noyabrında atəşkəs əldə edildikdən sonra Azərbaycanın 7 hərbçisi və 29 mülki vətəndaş mna partlayışı nəticəsində ölüb. Daha 109 hərbçi və 44 mülki şəxs isə yaralanıb.
Dövlət Departamenti həmçinin 2020-ci ildə Qarabağda müharibə zamanı erməni hərbi qulluqçularının hərəkətləri ilə bağlı Azərbaycan hökumətinin başlatdığı araşdırma barədə məlumat verir.
"Azərbaycan hökumətinin məlumatına görə, 2020-ci ilin dekabrında Azərbaycan hakimiyyəti 2020-ci ildə baş verən 44 günlük müharibə zamanı "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması" faktı ilə 6 erməni hərbçisinə qarşı cinayət işi açıb. Altı işdən dördü üzrə ölümlə nəticələnən qeyri insani rəftar, birində ölümlə nətivələnən işgəncə faktı, bir halda isə insanın edam edildiyi aşkarlanıb. İyunun 22-də hökumət 6 işin hamısını bir işdə birləşdirib", - məruzədə deyilir.
Sənəddə azərbaycanlıların məzarlarına qarşı ermənilərin vandalizmə yol verməsi barədə də məlumat verilir.
"Beynəlxalq fotojurnalist Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanlığının dağıdılmasını sənədləşdirib. Onun ifadələrinə görə, qəbirlər murdarlanıb, bəzi hallarda qəbirlərin talan edilməsinə dair sübutlar, habelə ağır tikinti texnikası ilə dağıdılması və eksqumasiya əlamətləri aşkar edilib. Ağdamdakı Şəhidlər Xiyabanını ziyarət edən xarici müşahidəçilər yalnız bir qəbir daşı və bir neçə məzarın qismən salamat qaldığını aşkar edib. Bir çox məzar daşlarında mərhumların oyulmuş üzləri çəkic və ya digər oxşar əşyalarla məhv edilib. Bundan başqa, azərbaycanlıların məzarlarından meyitlər çıxarılıb, qızıl dişləri oğurlanıb, kəllə və sümüklər Azərbaycan qəbiristanlıqlarının ətrafına səpələnib. Eyni zamanda, fotojurnalist bildirib ki, ermənilərin məzarları praktiki olaraq toxunulmaz qalıb”, - məruzədə vurğulanıb.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib