Zakir Həsənov Hulusi Akara başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, başsağlığında deyilir:
"Qardaş Türkiyə Silahlı Qüvvələri tərəfindən "Pənçə Kilit” əməliyyatının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olan hərbi qulluqçuya rəhmət diləyir, onun yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib