• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Biz doğma torpaqlarımıza qayıdacağıq"

İlham Əliyev: “Biz doğma torpaqlarımıza qayıdacağıq"
28.04.2014 12:22
"Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır”. Bunu Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.Prezident BMT-nin 4 qətnaməsi olduğunu və həmin qətnamələrdə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunduğunu qeyd edib. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb.O, qeyd edib ki, Azərbaycanın müstəqilliyindən 22 il ötür, qısa müddətdə böyük uğurlar əldə olunub: “Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq. 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb. “Biz dayanıqlı inkişafa nail olmalıyıq. Artıq Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər. Azərbaycanın 2020-ci ilə baxışla bağlı konsepsiyası var. Maliyyə vəziyyətimiz də sarsılmazdır. Çox aşağı səviyyədə borcumuz var, ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir. İqtisadiyyatımız şaxələnir. Əvvəllər miqrasiya Azərbaycandan başqa ölkələrə idisə, sonra ölkə daxilində regionlardan Bakıya oldusa, indi biz regionlardan Bakıya miqrasiyanı dayandırmağa çalışırıq”. ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol