Asim Mollazadə ABŞ-a gedib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə III Azərbaycan-ABŞ konfransında iştirak etmək üçün Vaşinqtona gedib. Konfransda ABŞ hökumətinin, Konqresin və Senatın üzvləri, ayrı-ayrı ştatların icra orqanlarının, konqres və senatlarının təmsilçiləri, elmi araşdırma institutlarının, biznes dairələrinin nümayəndələri, ölkədə yaşayan türkdilli və digər etnik icmaların liderləri, bölgəmiz üzrə Amerikanın aparıcı beyin mərkəzlərinin rəhbərləri iştirak edəcəklər. Burada Azərbaycanla ABŞ arasındakı çoxşaxəli münasibətlər, strateji əməkdaşlığın perspektivləri müzakirə olunacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























