Bahar Muradova Ankarada Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb

Aprelin 21-də Ankarada Türkiyə ailə və sosial xidmətlər naziri Dərya Yanık və Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyətləri arasında görüş keçirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov də görüşdə iştirak edib.
Sonra Azərbaycan nümayəndə heyəti Türkiyə ailə və sosial xidmətlər nazirinin "Saray” Uşaq Evləri Şəhərciyində olub. Bildirilib ki, internat tipli bu mərkəzdə 273 yetim uşaq yaşayır, təhsil və tərbiyə alır. Mərkəz dövlət tərəfindən ideal şəkildə təchiz olunub. Şəhərcikdə bədii proqram təşkil edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























