DİN aprelin 25-də açılan cinayətlərin sayını açıqladı

2022-ci il aprelin 25-də Azərbaycan ərazisində törədilmiş 52 cinayətin üstü açılıb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat verib.
" Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 52 cinayətin üstü "isti izlər”lə açılıb. Onlardan 15-i əvvəlki dövrlərdən qalmış cinayət işləridir", - DİN məlumatında bildirilir.
Həmin məlumata görə, ümumilikdə axtarışda olan 79 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılıb.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Son bir gün ərzində narkotiklərlə əlaqəli 18 fakt aşkarlanıb.
"Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib", - DİN bildirib.
Cinayət törətməkdə şübhəli bilindikləri üçün saxlanan şəxslərin sayı isə 45 nəfərdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























