Asim Mollazadə Nəsimi rayonunun seçiciləri ilə görüşüb - FOTO

Demokratik İslahatlar Partiyasının sədri, 22 saylı Nəsimi ikinci seçki dairəsinin deputatı Asim Mollazadə Mərdanov qardaşları 102 ünvanında seçicilərlə görüşüb.
ANN.Az-ın məlumatına görə, görüş zamanı millət vəkili seçicilərin problemləri ilə maraqlanıb, şikayətlərini dinləyib, onları maraqlandıran suallara cavab verib. Bir neçə seçici Asim Mollazadənin göndərdiyi sorğular əsasında problemlərinin həll olunduğunu qeyd ediblər və buna görə deputata təşəkkürlərini bildiriblər. Eyni zamanda A.Mollazadənin vasitəçiliyi ilə Nəsimi rayonunda yerləşən bir sıra məktəblərin, yolların təmir olunması, su, qaz və kanalizasiya xəttlərinin yenilənməsi, aparılan abadlıq işləri də təqdirəlayiq hal kimi qiymətləndirilib.
Millət vəkili də öz növbəsində ona təqdim olunan ərizə və şikayətlər əsasında müvafiq icra orqanlarına sorğular göndərəcəyini, problemlərin həllinə çalışacağını bildirib.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























