Neçə hərbi qulluqçu ev növbəsinə dayanıb? - RƏSMİ

Azərbaycanda 2349 hərbi qulluqçu nəfər mənzil növbəsinə dayanıb. Bu barədə Maliyyə Nazirliyində İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev anews.az-ın sorğusuna cavab olaraq bildirib.
Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı sərəncam ilə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 il və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir.
Bu fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya təşkil edilib. Komissiyaya daxil üzvlər isə Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəsmiləri də daxildir.
Nazirlər Kabinetinin 2021-ci ilin yekunlarına dair hesabatına görə, 480 tam təmirli mənzilin hərbi qulluqçuların mülkiyyətinə verilməsi nəzərdə tutulub. Bu məqsədlə 35 milyon manat vəsait ayrılıb.
Bu fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya təşkil edilib. Komissiyaya daxil üzvlər isə Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəsmiləri də daxildir.
Nazirlər Kabinetinin 2021-ci ilin yekunlarına dair hesabatına görə, 480 tam təmirli mənzilin hərbi qulluqçuların mülkiyyətinə verilməsi nəzərdə tutulub. Bu məqsədlə 35 milyon manat vəsait ayrılıb.
Cari ilin aprelin 20-də Müdafiə Nazirliyi dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçulara müraciət edib.
"Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:
- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;
- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).
Ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.
Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, "miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcək.
Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2)
Telefon: (012) 539-23-55", - müraciətdə deyilir.
Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilməlidir.
İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış polkovnik rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara qanunvericiliydə müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilməlidir.
Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdir.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























