Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub

Müdafiə nazirinin müavinləri azad edilmiş ərazilərdə olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Bundan əlavə, hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili üçün idman şəhərciyi salınıb. Ərazidə abadlıq işləri aparılıb, müxtəlif növ ağaclar əkilib.
Sonda müdafiə nazirinin aidiyyəti üzrə müvafiq tapşırıqları şəxsi heyətə çatdırılıb, xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu qiymətli hədiyyələrlə mükafatlandırılıb.
www.anews.az
Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən infrastruktura baxış keçirib.
Müasir tələblər nəzərə alınmaqla inşa olunan infrastrukturda şəxsi heyətin bütün zəruri ehtiyacları tam qarşılanıb. Burada qərargah binası, yataqxana, hamam-sanitar qovşağı, ehtiyat qidaların saxlanması üçün ərzaq anbarı, əşya anbarı, qazanxana, ideoloji sinif, xidməti, məişət və silah otaqları mövcuddur. Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən məişət texnikası və inventarla təchiz edilib.
Nazir müavinləri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq göstərişlər verib.
Sonra general-leytenant Osmanov və general-leytenant Əfəndiyev şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, hərbi qulluqçuları qarşıdan gələn Ramazan bayramı münasibətilə general-polkovnik Zakir Həsənovun adından təbrik edərək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular yaradılan yüksək şəraitə, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























