Rusiyaya qarşı sanksiyalar Azərbaycanla əlaqələrə hələ mənfi təsir göstərməyib - Əliyev

Rusiyaya qarşı sanksiyalar indiyədək Azərbaycan-Rusiya ticarət əlaqələrinə mənfi təsir göstərməyib. Bunu AzərbaycanPrezidenti İlham Əliyev cümə günü "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.
"İndiyə qədər biz anti-Rusiya sanksiyalarının heç bir mənfi təsirini görməmişik. Amma hadisələrin necə inkişaf edəcəyini, sanksiyalar davam edərsə, qarşıdakı altı ay və ya bir ildə nə baş verəcəyini bilmirik”, - deyə Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın Rusiya ilə ticarət əlaqələri kifayət qədər çox şaxəlidir.
"Ancaq Rusiya Federasiyasına qarşı sanksiyalar kontekstində - ticarətdə, pul köçürmələrində nə baş verəcəyini başa düşmək lazımdır. Biz belə şəraitdə düşünməliyik ki, nə edə bilərik, nə qərar qəbul edə bilərik”, - prezident deyib.
Əliyev vurğulayıb ki, aprelin 26-da Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclası keçirilib və burada gələcək addımlar müzakirə olunub.
"Fermerlərimiz üçün Rusiya ən böyük bazardır. Rusiya istehsalçıları üçün bizim bazar da böyük əhəmiyyət kəsb edir. Xarici ticarətdə mənfi saldomuz var, Rusiyada satdığımızdan çox alırıq. Amma bizim Rusiyaya ixracımız artır”, - deyə prezident əlavə edib.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib