XİN: Ukraynada valideynləri həlak olan 3 azərbaycanlı uşaq Vətənə gətirilib

Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan Respublikasının vətəndaşı Mahmudov Emin Zabit oğlu və onun həyat yoldaşı Ukrayna vətəndaşı Mahmudova Lyudmilanın yetkinlik yaşına çatmayan 3 övladı - 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna Azərbaycana təxliyə ediliblər.
Bu barədə Anews.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya Federasiyası ərazisinə keçiriliblər.
Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.
Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























