İrəvanda İran-Ermənistan Birgə Əməkdaşlıq Komissiyasının 17-ci iclası keçiriləcək

İranın energetika naziri Əli-Əkbər Mehrabyan iqtisadi əməkdaşlıq üzrə İran-Ermənistan birgə komissiyasının iclasında iştirak etmək üçün mayın 10-11-də İrəvana səfər edəcək, bu barədə İranın yerli xəbər agentliyi məlumat yayıb.
Görüş zamanı ticarət və kompensasiya, investisiya, tranzit və nəqliyyat, enerji, neft-qaz, maliyyə məsələləri müzakirə olunacaq.
Komissiya çərçivəsində iki ölkənin özəl sektorunun fəallarının iştirakı ilə ticarət konfransı keçiriləcək.
Mehrabyan həmçinin Ermənistan rəsmiləri ilə iki ölkə arasında inkişaf edən əlaqələri və ticarət həcmini müzakirə edəcək.
İrəvana səfəri zamanı Mehrabyanı İranın neft nazirinin müavini, İran Milli Qaz Şirkətinin icraçı direktoru, avtomobil yolları nazirinin müavini və bir sıra digər İran rəsmiləri müşayiət edəcək.
İran-Ermənistan Müştərək Ticarət Palatasının rəhbəri bu günlərdə İranın Ermənistana ixracının ötən il nəzərəçarpacaq dərəcədə artdığını bildirərək, Avrasiya İqtisadi Birliyi ilə ticarət müqaviləsinin də İranın ticarət əlaqələrinin inkişafında mühüm və təsirli rol oynadığını bildirib.

Birgə İqtisadi Komissiyanın iclası İran və Ermənistanın energetika nazirlərinin sədrliyi ilə baş tutacaq.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib