Almaniyanın xarici işlər naziri Buçaya gedib

Almaniyanın xarici işlər naziri Annalena Burbok çərşənbə axşamı Ukraynaya səfər edib. O, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Ukraynaya səfər edən Almaniyanın ilk hökumət təmsilçisidir.
Onun səfəri əvvəlcədən elan edilməyib və ölkəyə qatarla gəldiyi bildirilir.
Reuters-in məlumatına görə, Burbokun ilk dayanacaq yeri Kiyev yaxnlığında yerləşən Buça şəhəri olub. Almaniya rəsmisi burada qətliamların sübutu olan faktlarla tanış olub. Daha sonra Burbokun Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcəyi planlaşdırılır.
Aprelin əvvəlində rus qoşunlarının şəhəri tərk etməsindən sonra Buça küçələrində qalan ukraynalı mülki şəxslərin cəsədlərinin fotoşəkilləri dünyanı şoka salıb. Rusiya heç bir sübut təqdim etmədən ölənlərin görüntü və kadrlarının uydurma olduğunu hələ də iddia edir.
Mayın 4-nə olan məlumata görə, Kiyev vilayətinin polisi artıq bölgədə 1235 mülki vətəndaşın cəsədini aşkarlayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























