Azovda azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü - Yenilənib

Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib.
Bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinə istinadən "İnterfaks” yayıb.
Bildirilir ki, gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürməyə çalışıblar.
Məlumata görə, "Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər var.
***
Gəmidə baş verən yanğın söndürülüb.
"Yanğın gəminin heyəti tərəfindən söndürülüb. İstintaq orqanları hadisə yerində işləyir. Ehtimal olunur ki, bir nəfər ölüb", - "İnterfaks"a açıqlamada deyilib.
Yük gəmisinin göyərtəsində taxıl məhsulları olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























