• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev "Şərq Tərəfdaşlığı" sammitində

İlham Əliyev "Şərq Tərəfdaşlığı" sammitində
24.04.2014 21:12
Aprelin 24-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammiti işə başlayıb.   Bu Sammit "Şərq tərəfdaşlığı"nın 2009-cu ildə keçirilmiş Praqa Sammitinin beşinci ildönümünə həsr olunub.   
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.   Sammit Praqa qəsrində dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi ilə başladı.   İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı meydanda dövlət və hökumət başçılarının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.   
Çexiya Prezidenti Miloş Zeman Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.   Azərbaycan Respublikasının dövlət himni səslənib.   Daha sonra Sammitin birinci iclası keçirilib.   Çex Respublikasının Prezidenti Miloş Zeman Sammiti açaraq iştirakçı ölkələrin dövlət və hökumət başçılarını salamlayıb. O, "Şərq tərəfdaşlığı" Proqramının ötən beş ildə böyük inkişaf yolu keçdiyini dedi, bu istiqamətdə görülən tədbirlərin iştirakçı ölkələri Avropa dəyərlərinə və meyarlarına daha da yaxınlaşdırdığını vurğulayıb.   
Çexiya dövlətinin başçısı qarşıda duran vəzifələrdən danışarkən əmin olduğunu bildirdi ki, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələri bundan sonra da davam etdiriləcəkdir.   Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle "Şərq tərəfdaşlığı" Proqramının beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb. Komissar bu görüşün 2013-cü ildə Vilnüsdə keçirilmiş "Şərq tərəfdaşlığı" Sammiti ilə gələn il Riqada təşkil ediləcək növbəti Zirvə görüşü arasında bir bağlantı olduğunu diqqətə çatdırıb.   
Sonra müzakirələr başlayıb.   "Şərq tərəfdaşlığı" Proqramı Avropa İttifaqının yeni layihələrindən biri hesab olunur. Proqram 2008-ci ilin mayında Avropa İttifaqının üzvləri olan Polşa və İsveç tərəfindən irəli sürülüb. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanı əhatə edən "Şərq tərəfdaşlığı" Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Bu proqram Avropa İttifaqına daha da yaxınlaşmağı, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməyi nəzərdə tutur, demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.  
 "Şərq tərəfdaşlığı" Sammiti ilk dəfə 2009-cu ilin mayında Praqada keçirilib. İkinci Sammit 2011-ci ilin sentyabrında Varşavada, üçüncüsü isə ötən ilin noyabrında Vilnüsdə təşkil edilib.
AzərTac
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol