• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb

Sahibə Qafarova İran Parlamenti sədrinin müavini ilə görüşüb
17.05.2022 20:49
Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad ilə görüşüb.

Qonağı salamlayan Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, ölkəmiz İranla ikitərəfli və çoxtərəfli formatda əlaqələrin inkişaf etdirilməsində maraqlıdır. Ötən il İrana səfərindən danışan spiker həmin səfər çərçivəsində keçirdiyi görüşləri və aparılan danışıqları məmnunluqla xatırlayıb. Qeyd edilib ki, iki ölkə arasında dost və mehriban qonşuluq münasibətləri var.

İranla parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynayır. Deputatlarımız tərəfindən müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirilir. Hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən işçi qrupları parlamentlərimiz arasında körpü yaradır.

Söhbət zamanı Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yeni yaranmış vəziyyət haqqında məlumat verərək, deyib ki, münaqişə başa çatdıqdan sonra Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb, regionda yeni reallıq yaranıb.

Dost və qonşu ölkəyə səfər etməkdən məmnunluğunu bildirən İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransının Azərbaycanda yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə təşəkkürünü bildirib. Qonaq Milli Məclisin sədrinin başçılığı ilə ötən il Azərbaycan parlament nümayəndə heyətinin İrana səfərini və keçirilən görüşlərin əhəmiyyətini yüksək dəyərləndirib. İran parlamentinin vitse-spikeri parlamentlərarası əlaqələrin inkişafının ümumi məqsədlərə xidmət etdiyini bildirib, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Əli NikzadAzərbaycanın işğaldan azad olunmuş ərazilərinin tezliklə bərpa olunacağına və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inamını ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol