• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər Şuşada dronla çəkiliş edib? - VİDEO

Ermənilər Şuşada dronla çəkiliş edib?  -  VİDEO
23.05.2022 13:17
Bəzi erməni media hesablarında mayın 22-də Şuşanın dron vasitəsilə çəkilmiş video görüntüləri yayılıb. Görüntülərdə  bu çəkilişin yaxın vaxtlarda edildiyi bilinir. Belə ki, həmin videoda  hazırda Şuşada "Qazancı" kilsəsinin təmir olunduğu da görünür. 
 
Bəs görəsən bu video material  erməni operatorlar tərəfindən çəkilib, yoxsa Azərbaycan tərəfin çəkdiyi görüntüləri öz adlarından paylaşıblar?
 
Müdafiə Nazirliyinin sözçüləri  məsələni  araşdırıb açıqlama veriləcəklərini bildirib. 

Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə,  həmin görüntülərin kim tərəfindən  çəkildiyi barədə dəqiq məlumat yoxdur. 
 
"Ola bilər ki, bu video  Azərbaycan tərəfindən çəkilib və ermənilər bunu oğurlayıb öz çəkilişi kimi istifadə edir. Bəlkə də Qarabağda olan Rusiya sülhməramlıları çəkib. Bu barədə rəsmilər gün ərzində cavab versə daha doğru olar. Biz həmin videonun nə zaman çəkildiyini də bilmirik. Ermənilərin yüzlərlə belə təxribat xarakterli videolarını görmüşük və heç bir əsası olmayıb. Əslində o görüntülər olmamalı idi. Çünki orada hərbi obyektlər var və onların çəkilməsi səhvdir. Əgər doğurdanda ermənilər çəkiblərsə bunu araşdırmaq lazımdır",- Cəfərov bildirib.

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Orucun sözlərinə görə, bunu ermənilərin növbəti təxribatı adlandırmaq olar.
 
"Biz müharibə vaxtı da Azərbaycanın hava məkanının necə güclü müdafiə edildiyinin şahidi olduq.  Məhz buna görə Ermənistanın ən strateji silahları hərəkət edə bilməydi. Hansısa bir dron çəkilişi adı altında xəbəri dövriyəyə çıxarmaq sülh prosesinə zərbə vurmaqdan başqa bir şey deyil. Həmin görüntülər peyk vasitəsilə çəkilə bilər. Nəzərə alaq ki, Azərbaycanın da dronla reklam tipli xeyli çəkilişləri olub. Məhz həmin çəkilişlərdən də istifadə edə bilərlər. Mümkün deyil ki, Şuşada hansısa bir dron çəkiliş aparılıb və Azərbaycan Hava Qüvvələri bundan xəbərsiz olub. Bu sadəcə informasiya savaşıdır və onlar bu versiyanın cəmiyyətimizə yeridiləcəyi təqdirdə də hansı sualların yaranacağını pis bilmirlər. Heç bir narahatlığa əsas yoxdur. Azərbaycan vətəndaşı Şuşada lazımi səviyyədə təhlükəsiz həyatla təmin olunacaq", - millət vəkili vurğulayıb.
 
Hazırda qüvvədə olan Azərbaycan qanunvericiliyinə görə, pilotsuz üçan aparatlar (dron, - red) mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına salınıb.  2016-cı il mayın 17-də Mülki Məcəlləyə  edilən dəyişikliyə görə, pilotsuz uçan aparatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən əşya sayılır. Onu ölkəyə gətirərkən və ya ölkə daxilində satın alarkən bir neçə dövlət qurumundan icazə almaq tələb olunur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsinin məsafədən uçan pilotsuz aparatlardan istifadə edərək törədilməsi cinayət məsuliyyəti yaradır.
 
Buna görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 
 
Azərbaycan qanunvericiliyinə görə, dron vasitəsilə rəsmi icazə olmadan  çəkiliş həyata keçirmək olmaz. Əks halda  həmin çəkiliş faktını Dövlət Mühafizə Xidmətinin ölkə ərazisində quraşdırılmış antennaları müəyyən edir, polis orqanları məlumatlandırılır, aparat polis tərəfindən müsadirə olunur və xidmətə təhvil verilir. 
 
İcazəsiz şəkiliş hərbi obyekt  üzərində aparılırsa pilotsuz uçuş aparatı Azərbaycan Hava Qüvvələri tərəfindən vurula bilər. 
 

 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol