• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə və Azərbaycan erməni təxribatına qarşı - VİDEO

Türkiyə və Azərbaycan erməni təxribatına qarşı - VİDEO
23.04.2014 18:27
ABŞ-da 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin 99-cu ildönümünə iki gün qalmış erməni lobbisi fəallaşıb. Qondarma erməni soyqırımı iddiasına qarşı Azərbaycan və Türkiyə diasporu da qüvvələrini birləşdirib.ANNET.Az ANS TV-yə istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə diasporları qondarma erməni soyqırımına qarşı birgə mübarizə aparacaqlar. Bu haqda məlumatı Türkiyənin “Cümhuriyyət” qəzeti yayıb. Qəzetin məlumatına görə, bu haqda qərar baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edərkən prezident İlham Əliyevlə apardığı danışıqlardan sonra verilib. Hər iki ölkə diasporları Amerika Birləşmiş Ştatlarında qondarma erməni soyqırımı ilə bağlı aparılan təbliğata qarşı da güclərini birləşdirəcəklərini bəyan ediblər. Ermənilər isə qondarma soyqırımın 100 illiyi ərəfəsində onun Türkiyə tərəfindən tanınması istiqamətində işlərini israrla davam etdirirlər. Türkiyənin İsrail və Amerika Birləşmiş Ştatları ilə münasibətlərində də dəyişikliklərin olmasına baxmayaraq yerli politoloqlar qonşu ölkənin mövqeyinin zəifləməyəcəyi qənaətindədir. Politoloq Rasim Musabəyovun sözlərinə görə, ortada Suriya məsələsi var ki, hansı ki, burda Türkiyəsiz nə isə etmək mümkün deyil:“Rusiya ilə vəziyyət gərginləşib, burda da ABŞ maraqlıdır ki, Türkiyə ilə münasibətləri stabil saxlasın ki, NATO xəttinin aparıcısı olsun, nəinki özəl mövqe tutsun”. Hazırda dünyanın 20 ölkəsi qondarma erməni soyqırımını tanıyıb. Fransada, hətta bir müddət qondarma soyqırımı tanımayan şəxslərə qarşı sərt cərimələr tətbiq olunacağı haqda qanun layihəsi müzakirəyə çıxarılmışdı.Türkiyə tərəfi araşdırma üçün arxivləri tarixçilərin üzünə açaraq araşdırma aparılmasını təklif etsə də, qarşı tərəfdən buna hələ də müsbət cavab verilməyib. Ona görə də Türkiyə tərəfi qondarma soyqırımı tanıyan ölkələrin qəbul etdiyi qərarların tarixə deyil, bəzi siyasi faktorların təsirlərə söykəndiyini iddia edir.ANNET.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol