• $
  • €
  • ₽
  • ₺
  • £

Üçtərəfli görüşdə Azərbaycan hansı nəticələri əldə edə bilər - RƏSMİLƏRDƏN AÇIQLAMA

Üçtərəfli görüşdə Azərbaycan hansı nəticələri əldə edə bilər - RƏSMİLƏRDƏN AÇIQLAMA
03.06.2022 12:56
Bu gün, iyunun 3-də Moskvada Azərbaycan,Ermənistan və Rusiyanın baş nazirlərin müavinlərinin görüşü baş tutacaq. Görüşdə regional kommunikasiyaların açılması məsələsi müzakirə olunacaq.
 
Ermənistan silahlı qüvvələri iyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Azərbaycan mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub və qəsdən Azərbaycan sərhədində vəziyyəti gərginləşdirməyə çalışır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi  məlumat verib.

"Qarşı tərəfin gərginləşdirmə cəhdləri erməni ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədi daşıyır. Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.Azərbaycan sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri vurulub. Ordumuzun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb. Şəxsi heyət və texnika baxımından itkimiz yoxdur. Hazırda bütün istiqamətlərdə vəziyyət bölmələrimizin tam nəzarəti altındadır", - Nazirlikdən bildirilib. 

Bəs görəsən atəşkəsin pozulduğu gün keçirilən görüşün Azərbaycan hansı nəticələri əldə edə bilər?
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, nəticələr barəsində danışmaq hələ tezdir.
 
"Görüş baş nazirlərin müavinlərinin səviyyəsində baş tutacaq. Əsas məsələ delimitasiya prosesini müzakirə etməkdir. Hər halda Ermənistanın bu gü atəşkəsi pozması da müzakirə oluna bilər. Ümumilikdə isə bir və ya iki görüşlə bu məsələləri həll etmək mümkün deyil. Hər halda bu siyasi prosesin bir hissəsidir və davam edəcək", - Zülfüqarov bildirib. 
 
İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərlinin fikrincə isə Azərbaycanın sülh müqaviləsi ilə bağlı məsələlərin kompleks həllini istəməsi Ermənistan və Rusiyanın marağında deyil.
 
"Azərbaycan beynəlxalq hüququ sənədə əsaslanıb sülh müqaviləsini təklif edib. Burada əsas şərtlərdən biri də kommunikasiyaların açılması ilə bağlıdır. Amma Ermənistan və Rusiya bu şərtləri ayrı -ayrılıqda görüşlər təklif etməklə müzakirə etmək istəyir. Bu gün keçirlən görüşdə hansısa sənədin imzalanması real görünmür, sadəcə ümumi bir yanaşmasın ortaya çıxması mümkün ola bilər", - ekspert vurğulayıb. 
 
Millət vəkili deputat Fazil Mustafa hesab edir ki, bütün bu proseslərin fonunda azərbaycanlılar ən qısa zamanda Kəlbəcərə və digər bölgələrə yerləşdirilməlidir.
 
"Görüş ümumi razılaşma əsasında müəyyənləşib. Hazırda Ermənistand axilində baş verən çaxnaşmalar bəhanə olsa da, biz bu məsələni sülhə doğru həll etməliyik. Moskva görüşü konkret nəticələri nəzərdə tutsa da, yenə də biz arzuolunan nəticləri görə bilmirik. Bu da o deməkdir ki, Ermənistan və digər tərəflər bunu maraqlı deyil. Azərbaycan isə diplomatik səylərini davam edir və bu istiqamətdə lazım olan addıımları atacaq. Cığallıq edən şəxslərin isə cavabın verməyə hazır olacaq", - Fazil Mustafa söyləyib.
 
Siyasi məsələr üzrə şərhçi Zaur Məmmədov isə hesab edir ki, sülh müqaviləsi ərəfəsində Ermənistanın atəşkəsi pozması heç də yaxşı nəticələr verməyə bilər.
 
"Biz bir tərəfdən ölkə səviyyəsində sülh görüşlərinin keçirilməsinin, digər tərəfdən isə Ermənistanın mövcud olmayan ordusunun təxribat törətdiyinin şahidi oluruq. Bununla Ermənistan hansı nəticələr əldə istəyir deyə bilmərəm, amma bu onlar üçün pis nəticələnə bilər. Biz 44 günlük müharibəyə qədər də onlara atəşkəsin pozulması ilə bağlı xəbərdarlıq edirdik və nəticə göz qabağındadır. Hazırda etdikləri hərəkət sülhə xələl gətirir və bu regionda yeni müharibə  yarada bilər", - politoloq bildirib.
 
Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin sədrlik etdiyi İşçi Qrup sonuncu dəfə 2021-ci ilin dekabrında Moskvada toplaşıb.Görüşdə regionda dəmir yolu və avtomobil kommunikasiyalarının açılması, həmçinin, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi müzakirə olunub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol