Azərbaycan-Ermənistan sərhəd komissiyaları bu məsələdə razılığa gəldi

Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev, Aleksey Overçuk və Mher Qriqoryanın sədrliyi ilə üçtərəfli işçi qrupunun iclası keçirilib.
"Tərəflər sərhəd, gömrük və digər nəzarət növləri, habelə Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və malların təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini yaxınlaşdırıblar. ”, - deyə məlumatda bildirilir.
Bildirilir ki, görüş zamanı Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsini təmin edən avtomobil yolunun Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutlar barədə fikir mübadiləsi aparılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























