• $
  • €
  • ₽
  • ₺
  • £

XİN nazirin Türkiyə səfəri barədə məlumat yaydı

XİN nazirin Türkiyə səfəri barədə məlumat yaydı
06.06.2022 16:29
6 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri  Ceyhun Bayramov Türkiyə Respublikası Prezidenti Administrasiyasının Milli Kitabxanasında təşkil olunan "Dost və qardaş ölkələrlə diplomatik əlaqələrin 30-cu ildönümü”nə həsr edilən tədbirdə çıxış edib.
 
XİN xəbər verir ki, nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət qismində qardaş Türkiyə ilə Azərbaycan arasında son 30 ildə münasibətlərin yüksək səviyyədə inkişafından bəhs edib.
 
Nazir, türk millətinin ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir Millət İki Dövlət” kəlamlarının ruhuna uyğun olaraq, son üç onillik ərzində ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edərək, strateji səviyyədən tarixi Şuşa bəyannaməsi ilə müttəfiqlik səviyyəsinədək ucaldığını qeyd edib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan-Türkiyə əlaqələri özünün tarixi zirvəsini yaşadığı və ən yüksək mərhələsində olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
Nazir Ceyhun Bayramov, Türkiyənin hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini dəstəkləməsi, xüsusilə də Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə qardaş ölkənin bütün səviyyələrdə Azərbaycana verdiyi siyasi dəstəyi xüsusilə vurğulayıb. Qardaş ölkənin bu dəstəyinin Azərbaycan xalqı və dövlətimizin başçısı tərəfindən çox yüksək qiymətləndirildiyi səsləndirilib.
 
Böyük siyasi və iqtisadi potensiala malik olan Azərbaycan və Türkiyənin müttəfiqliyinin regionda sülhün və təhlükəsizliyin, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldiyi diqqətə çatdırılıb.
 
Dövlətlərimizin həyata keçirdiyi birgə irimiqyaslı regional layihələrdən bəhs edən nazir,  energetika, nəqliyyat-logistika sahələrində reallaşan bu layihələrin ikitərəfli səviyyədə, habelə geniş regional müstəvidə ticarət-iqtisadi əlaqələrin daha da genişlənməsinə böyük töhfə verdiyini bildirib.
 
Nazir Ceyhun  Bayramov, son bir ay ərzində dövlət başçılarının iştirakı ilə keçirilən tədbirlərin, o cümlədən 14 may 2022-ci ildə Rize-Artvin Hava Limanının açılışı, 28 may 2022-ci ildə "TEKNOFEST Azərbaycan” festivalının açılış mərasimi və burada səsləndirilmiş yüksək səviyyəli çıxışların qardaşlıq əlaqələrimizin cari səviyyəsinin hər hansı sözlərlə izaha ehtiyacının olmadığını aydın şəkildə nümayiş etdirdiyini qeyd edib.
 
Nazir, ölkələrimiz arasında əlaqələrin inkişafında Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun xidmətləri qeyd edərək, bu xüsusda həmkarına təşəkkürünü ifadə edib.
 
Çıxışının sonunda Ceyhun  Bayramov, ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələri xalqlarımızın mənafeyinə uyğun olaraq yüksələn xətlə daha da inkişaf edəcəyinə dair inamı ifadə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol