• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq hava limanlarında sərnişin axını ARTIB

Beynəlxalq hava limanlarında sərnişin axını ARTIB
10.06.2022 17:44
İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib.
 
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən verilən məlumata görə, 2022-ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər təşkil edib. Bu göstərici ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.


2022-ci ilin mayında Azərbaycanın hava limanları 396 min nəfərə xidmət göstərilmişdir, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlərdir.


Bakı hava limanının baza aviadaşıyıcıları – "AZAL” və "Buta Airways” ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınıb. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36 %-ni təşkil edir.


2022-ci ilin mayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Həmçinin bu ay Varşavadan Bakıya LOT aviaşirkətinin birbaşa reysləri açılıb.


May ayında Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və Küveyt şəhərləri daxil olub.


Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) — sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol