• $
  • €
  • ₽
  • ₺
  • £

"Şuşa bəyannaməsi"nin qəbulundan bir il ötür - Nə dəyişib?

"Şuşa bəyannaməsi"nin qəbulundan  bir il ötür - Nə dəyişib?
14.06.2022 19:07
"Şuşa Bəyannaməsi”nin bağlanmasının bir illiyi  münasibətilə Şuşada keçiriləcək tədbirdə iştirak etmək üçün Türkiyənin sabiq baş naziri, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım  Azərbaycana səfər edəcək. 
 
"Şuşa Bəyannaməsi" 2021-ci il iyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Bu sənə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərinin daha da dərinləşməsini nəzərdə tutur. Bəs görəsən bu bəyannamənin qəbulu iki ölkənin həyatında, əməkdaşlıq münasibətlərində nə dəyişib? 
 
Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc hesab edir ki, bu bəyannamə ilə bir çox işlər görüldü və qarşıda daha perspektivli işlər görmək olar.

"Bu bəyannamə regional təhlükəsizliyin təminatı üçün böyük rola malikdir. 2 dövlət arasında sıx və intentiv davam edən hərbi əlaqələr,birgə təlimlər,görüşlər,məxfi informasiya mübadiləsi,təhlükəsizlik istiqamətində vahid hərəkət,xarici işlər orqanları arasında sinxronlaşmış addımlar,mütəmadi olaraq dövlət başçıları arasında telefon görüşləri, məxfi şifrəli məktubların üzərində aparıla fikir mübadilələri reallaşdı. Bəziləri dairələrin Azərbaycanla Türkiyə arasında hərbi imkanların nəticəsində bir dövlət halında imperiya yaratması barəsində fikirləri yalnışdır. Azərbaycanın nə İrəvana, nə də digər qonşu dövlətlərə qarşı ərazi iddiası yoxdur. "Şuşa bəyannaməsi” sadəcə  regionda sülhün bərqərar olması üçün vacib olan bir sənəddir”, - deputat bildirib.

Zahid Orucun fikrincə, Azərbaycan orudusu Türkiyə Sİlahlı Qüvvələri  ilə bərabər bir sıra beynəlxalq miqyaslı hadisələrdə iştrak etsə  bu ölkə üçün çox vacib bir addım ola bilər.  

"Hazırda iki dövlətin silahlı qüvvələri birgə təlimlər keçirir. Əgər ordumuz beynəlxalq miqyaslı təlimlərdə iştirak etsə dövlətin siyasi nüfuzu daha da genişlənər. Düşünürəm ki, bu "Şuşa bəyannaməsi” ilə mümkün olacaq.Türkiyə artıq Xəzər  ətrafında təhlükəsizlik proseslərində iştirak edir. Bunu İran və Rusiya da qəbul edib. Rusiya və İranın hazırkı durumda sanksiyalar tətbiq olunduğunu nəzərə alsaq Azərbaycan üçün geniş fürsətlər açıldığını demək olar. STM rəhbəri olaraq düşünürəm ki, bu bəyannamə Azərbaycan üçün başqa dövlətlərlə yeni sənədlərin imzalanması üçün yeni addımlara yol açacaq”, - deputat vurğulayıb.

Siyasi məsələlər üzrə ekspert Elxan Şahinoğlunun sözlərinə görə,  "Şuşa bəyannmə"sində öz əksini tapan bəzi məsələlərin reallaşdırılması  ləngiyir.

"Qarabağda konsulluğun açılması ilə bağlı məsələ bir qədər ləngiyir. Ən azı o binanın bünövrəsi qoyula bilərdi. Sabah Şuşada keçiriləcək tədbirdə təməlqoyulma mərasimi olsa yerinə düşər.Bu proses sürətlə həll olunmalıdır. Qarabağda həm də hərbi bazanın yaradılması çox yaxşı olar. Şuşa bəyanaməsinə uyğun olaraq bu məsələni də aktuallaşdıra bilərik. Qarşı tərəf də bilər ki, Azərbaycan ərazisində hər hansı təxribata əl atmaq yolverilməzdir”, - ekspert söyləyib.

 
Gülnar Nazimqızı



www.anews.az
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol