• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Venesuela prezidentlərinin videokonfrans formatında görüşü olub

Azərbaycan və Venesuela prezidentlərinin videokonfrans formatında görüşü olub
17.06.2022 14:50
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

Görüşdə Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun regional səfər çərçivəsində Azərbaycana səfər etməsinin önəminə toxunulub və bu, siyasi münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirilib. Venesuela Prezidentinin bu səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nikolas Maduro Azərbaycana üçüncü dəfə səfər etməsindən məmnunluğunu bildirib və Venesuelanın ölkəmizlə əlaqələrə böyük önəm verdiyini vurğulayıb. Qonaq ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsinin zəruriliyini bildirib, çoxtərəfli səviyyədə, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində görülən işləri müsbət qiymətləndirib.

Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında ölkələrimizin birgə uğurlu fəaliyyət göstərdiyi qeyd edilib. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinin bir il də uzadılması məsələsində Venesuelanın dəstəyi vurğulanıb. Azərbaycanın Qoşulmama Hərəkatının təməl prinsipləri olan Bandunq prinsiplərinə sadiq olduğu bildirilib.

Dövlət başçısı vurğulayıb ki, Venesuela hər zaman Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyib. Prezident İlham Əliyev qeyd edib ki, münaqişə öz həllini tapıb, Azərbaycan ədaləti, beynəlxalq hüququ, ərazi bütövlüyünü özü bərpa edib. Dövlət başçısı onu da bildirib ki, ölkələrimiz hər zaman bir-birinin suverenliyini və müstəqilliyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Söhbət zamanı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi və biznes dairələri arasında birgə işbirliyinin zəruriliyi qeyd olunub. Bu baxımdan birgə investisiya layihələri, müştərək müəssisələrin yaradılması kimi məsələlərin müzakirəsinin böyük önəm daşıdığı bildirilib.

Görüşdə OPEC+ formatı çərçivəsində də ölkələrimizin uğurlu fəaliyyəti vurğulanıb.

Dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
 -------------------
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də ölkəmizdə işgüzar səfərdə olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro ilə videokonfrans formatında görüşüb.

Görüşün videokonfrans formatında keçirilməsinə səbəb Venesuela nümayəndə heyətinin üzvlərində COVID-19 testinin nəticəsinin pozitiv çıxmasıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol