• $
  • €
  • ₽
  • ₺
  • £

Lavrovun gəlişi nəyi dəyişəcək? - GÖZLƏNTİLƏR

Lavrovun gəlişi nəyi dəyişəcək? - GÖZLƏNTİLƏR
22.06.2022 17:03
Rusiya xarici işlər naziri Sergey Lavrov iyunun 23-24-ü Azərbaycana səfər edəcək. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 
Politoloq Zaur Məmmədovun sözlərinə görə, səfər olduqca vacibdir.
 
"Həm Azərbaycanın, həm də Rusiyanın bir-birinə deyəcək kifayət qədər sözləri var. Ukraynada olan müharibə Azərbaycanı Rusiya üçün daha da vacib edib. Lavrov Azərbaycan vasitəsilə müxtəlif iqtisadi məsələləri müzkirə edə bilər.Görüşdə Laçın dəhlizi də müzakirə oluna bilər. Bununla yanaşı,Azərbaycan və  Ermənistan arasında yeni avtomobil və dəmir yolunun müzkirəsi gözlənilir",- Məmmədov söyləyib.
 
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Lavrovun gəlmə səbəbi hesabatı tamamlamaqdır.
 
"Düşürürəm ki, Laçın ərazisində açılacaq yeni yol məsələsi, Ukrayna, sülhməramlı məsələləri müzakirə olunacaq. Lavrovun bu günə qədər heç bir səfərindən xeyir görməmişik. Lavrov yaxşı olardı ki, Azərbaycanı maraqlandıran bir çox suallara aydınlıq gətirsin. İndiyə qədər sülhməramlılar Azərbaycan üçün heç bir iş görməyib. Erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazilərindədir. Rusiya Azərbayca münasibətdə həmişə qeyri-səmimi olub. Kimin nə deməyindən asılı olmayaraq, Rusiya bizim dostumuz deyil. Lavrov gəlməsəydi daha məqsədəuyğun olardı. Rusiyanın vəziyyəti get gedə pisləşir. Hazırkı iqtisadi durumları üçün Azərbaycana münasibətləri daha da yaxınlaşdırmaq istəyirlər"-, Cəfərov əlavə edib.
 
Lavrovun  Azərbaycana səfəretmə gündəliyində Rusiya və Azərbaycan Prezidentlərinin Moskvada 22 fevral 2022-ci il tarixində imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin gələcək inkişafının bütün kompleks məsələlərinə baxılacaq. Bir sıra aktual regional və beynəlxalq süjetlərin ətraflı müzakirəsi planlaşdırılır. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin gedişatına xüsusi diqqət ayrılacaq.

Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü planlaşdırılır.
 
Aytac Zeynalova 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol