• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə mükafatlandırdığı şəhid kimdir?...

Prezidentin “Azərbaycan Bayrağı” ordeni ilə mükafatlandırdığı şəhid kimdir?...
25.06.2022 17:01
 Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Onlardan biri də ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan mayor Ələkbərov Fərid Tahir oğludur.

Şəhid mayor Fərid Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1996-cı ildə Türkiyədə İstanbul Kuleli Hərbi Liseyinə daxil olub və 2000-ci ildə təhsilini bitirib.

Həmin ildə Ankaradakı Quru Qoşunları Hərbi Məktəbinə daxil olan Fərid 2004-cü ildə həmin məktəbdə təhsilini başa vurub. Daha sonra isə Fərid Türkiyənin İsparta şəhərindəki Dağ Komando Məktəbinə daxil olaraq buranı da müvəffəqiyyətlə bitirib. Həmçinin 2005-ci ildə Polatlı Topçu Məktəbini də fərqlənmə diplomu ilə başa vurub.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılan mayor Fərid Ələkbərov Murov dağındakı yüksəkliklərin alınmasında iştirak edib, daha sonra isə Cəbrayıl, Füzuli, Şuşa istiqamətində gedən döyüşlərdə şücaət göstərib.

O, noyabrın 8-də Xankəndi istiqamətindəki döyüşlərdə düşmənlə üz-üzə savaşaraq ayağından qəlpə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Döyüş zamanı Fərid Ələkbərov düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək taborun mühasirədən çıxmasında böyük rol oynayıb. Təəssüf ki, bu, Fəridin sonuncu döyüşü olub.

Fərid Ələkbərov 2020-ci il noyabrın 9-da Şuşa şəhəri yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə mayor Fərid Ələkbərov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunması", "İgidliyə görə" medalları ilə təltif edilib

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol