• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyində xidməti müşavirə - Tapşırıqlar verildi

Müdafiə Nazirliyində xidməti müşavirə - Tapşırıqlar  verildi
02.07.2022 11:56
İyulun 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri iştirak ediblər. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ali hərbi rütbələrlə təltif olunmuş hərbi qulluqçuları bir daha təbrik edən müdafiə naziri onların göstərilən etimadı doğruldacaqlarına inandığını bildirib.

General-polkovnik Həsənov Ali Baş Komandanın Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxışı zamanı Azərbaycan Ordusunu bir daha yüksək qiymətləndirdiyini vurğulayaraq qarşıya qoyulan yeni vəzifələri layiqincə yerinə yetirmək, ölkəmizin ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq istiqamətində Ordumuzun üzərinə düşən bütün vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gələcəyinə əminliyini ifadə edib. Müdafiə naziri revanşist qüvvələrin mümkün təxribatlarının qarşısını almağa hər an hazır olmaq barədə müvafiq tapşırıqlar verib", - məlumatda deyilir.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib, bölmələrin maddi-texniki və döyüş təminatının gücləndirilməsi, hərbi qulluqçuların xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, həmçinin şəxsi heyətin sayıqlığının artırılması barədə konkret tapşırıqlar verilib.

Müdafiə naziri yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinin fəaliyyətini, eləcə də onların komplektləşməsinin uğurla icra olunduğunu müsbət qiymətləndirib. General-polkovnik Həsənov komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi barədə müvafiq göstərişlər verib.

"Milli Müdafiə Universitetinin fəaliyyətinə dair məruzələri dinləyən nazir elmi potensialdan səmərəli istifadə edərək hərb elmində tədqiqatların keyfiyyət əmsalının artırılmasının, o cümlədən müasir döyüş əməliyyatlarının elmi yanaşmalarla araşdırılmasının və hərbi təhsil müəssisələrində yeni metodlardan istifadə olunmasının əhəmiyyətini vurğulayıb", - qurumun məlumatında yazılıb.

Hava temperaturunun yüksəlməsi ilə əlaqədar şəxsi heyət arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi rejimin tələblərinə, həmçinin yanğın və digər təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına nəzarətin vacibliyi qeyd edilib.

General-polkovnik Zakir Həsənov azad edilən ərazilərdə dislokasiya olunan hərbi hissələrdə qoşun xidmətinin təşkili, mühəndis təminatı üzrə zəruri tədbirlərin davam etdirilməsi, həmçinin xidməti-döyüş və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə yeni hərbi infrastrukturun yaradılması istiqamətində görülən işlərlə bağlı göstərişlər verib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol