• $
  • €
  • ₽
  • ₺
  • £

Zahid Oruc UNESCO-nun fəaliyyətini TƏNQİD ETDİ

Zahid Oruc UNESCO-nun fəaliyyətini TƏNQİD ETDİ
04.07.2022 11:12
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı( UNESCO) Qarabağda, eləcə də İrəvanda dağıdılmış minlərlə mədəni obyektin taleyini araşdırmaq üçün faktaraşdırıcı komissiya göndərmir. Bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri Zahid Oruc "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək" kitabının təqdimatında deyib. 


Deputat UNESCO-nun Baş direktoru Adre Azulayın Rusiya-Ukrayna savaşı nəticəsində dağıdılan 152-dən artıq dünya miqyaslı mədəni irs nümunəsinə qarşı etirazını xatırladıb.


"Dünya mədəni irsinin mühafizəçisi ,hər il böyük üzvlük haqlarının ödəndiyi UNESCO istəyəndə sərt mövqe göstərə bilir, lakin onlar nəinki Qarabağda, o cümlədən İrəvandan Zəngəzuradək ərazilərdə dağıdılan minlərlə mədəni obyektin taleyini araşdırmaq üçün faktaraşdırıcı komissiya göndərmir, açıqlama vermir. Prezidentin məsələyə münasibəti haqlı olaraq, sərtdir. Sitat: "…on minlərlə beynəlxalq nümayəndənin Şuşanı ziyarət etməsi və onların hamısının erməni kilsəsinə toxunulmamasını görmələri faktı, əksinə ermənilərin dağıtdığı məscidlərə rəğmən bu kilsənin bərpa edilməsi indi UNESCO-nun regiona gəlmək marağını aşağı salır”. Qurum ölkəmizlə on illərlə mövcud olan yüksək humanitar əlaqələrin ruhuna zidd olaraq, mədəni və dini müxtəliflik ünvanı olan Azərbaycanı xristian irsini qorumağa çağırır və təşkilatın nizamnaməsinə zidd olaraq, siyasi mövqe tutur", - deputat bildirdi.


Zahid Oruc vurğulayıb ki, mədəni mülkiyyətin hansı millətə mənsub olsa da xüsusi qorunduğu hamıya bəllidir. 


"Qarabağ və ona bitişik yeddi rayonun, Qazax rayonunun və Naxçıvanın Kərki kəndinin 738 tarixi abidəsi, 83500-dən çox eksponatla 28 muzeyi, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəni müəssisədən ibarət 1891 ədəd mədəni resursu işğal nəticəsində böyük itkiyə məruz qalıb. Həmin ərazilərdə milli əhəmiyyət kəsb edən tarixi abidələrə VI əsrin Alban Ağoğlan monastırı, Laçında XIV əsrin Məlik Əjdər türbəsi, XVIII əsrin Əsgəran qalası, Xocalıda XIV əsrin türbələri və Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsrin karvansarayı, Şuşada XVII-XIX əsrlərin Gövhərağa və Saatlı məscidləri öz dağılma estafetini İrəvandakı Qacar dövrünün qiymətli saray arxitekturası olan "Sərdar sarayı” və ya "Xan sarayı” kompleksi, Sərdar məscidi və minlərlə digər irs nümunəsindən alarkən itkilərimizin coğrafiyası və miqyası tam aydın görünür. Halbuki mədəni mülkiyyətin hansı millətə mənsub olsa da xüsusi qorunduğu hamıya bəllidir. 1949-cu il IV Cenevrə Konvensiyası, 1954-cü il Haaqa və ya "Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair Konvensiya”, "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyası mədəni irsə qarşı aktları beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti sayır və hüquqi məsuliyyət, onların yenidən təkrar olunmayacağına dair müvafiq vəd və təminatlar, kompensasiya və zərərə görə tam təzminat tələbi yaradır" - o qeyd edib. 


Bu gün, iyulun 4-də "Tarixi Azərbaycan torpaqlarındakı maddi-mədəni irsimiz: İrəvandan Zəngəzuradək” kitabının təqdimatı keçirilir.

Sosial Tədqiqatlar Mərkəzinin (STM)  ərsəyə gətirdiyi kitabda tarixi və geosiyasi vəziyyətə, Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinə, Ermənilərin tarixi torpaqlarımızda maddi-mədəni irsi işğal siyasətinə, 1988-1989-ci il deportasiyasına yer verilib.

Təqdimat mərasimində Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər rəsmi şəxslər iştirak edir

Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol