• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə naziri Xocavənddə komandoların təlimini izlədi - VİDEO

Müdafiə naziri Xocavənddə komandoların təlimini izlədi - VİDEO
08.07.2022 17:22
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 8-də Quru Qoşunlarının Xocavənd rayonundakı Əməliyyat (Komando) bölmələrinin təlim-məşqlərini izləyib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

2022-ci ilin döyüş hazırlığı planına əsasən, çətin relyefli ərazilərdə keçirilən təlimdə komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
Müdafiə nazirinə təlimin planına uyğun olaraq qəbul edilən qərar barədə məruzə edilib.

Qeyd olunub ki, ssenariyə əsasən, təxribat törədərək dövlət sərhədi istiqamətindəki yaşayış məntəqəsinə basqın edən şərti düşmənin zərərsizləşdirilməsi üzrə komando bölməsi müvafiq tapşırıq alıb.
Komandolar dərhal daimi dislokasiya məntəqələrini tərk edərək şərti düşmənlə təmasa girmədən ərazi relyefi nəzərə alınmaqla hakim yüksəklikləri ələ keçirib və burada möhkəmlənmə fəaliyyətlərini icra ediblər.
Əldə olunan kəşfiyyat məlumatına əsasən aşkar edilmiş şərti düşmən mövqeləri pusqu və basqın yolu ilə darmadağın edilib.

Müdafiə naziri komandir heyətinin çevik və optimal qərar qəbuletmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də komandoların dağlıq və meşəlik ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimi yüksək qiymətləndirib və aidiyyəti üzrə müvafiq tapşırıqlar verib

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol