• $
  • €
  • ₽
  • ₺
  • £

İran rəsmisinin Azərbaycana gəlişindən gözləntilər - ŞƏRH

İran rəsmisinin Azərbaycana gəlişindən gözləntilər - ŞƏRH
14.07.2022 15:07
Sabah, iyulun 15-də İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani Azərbaycana səfər edəcək. Bu barədə İranın dövlət agentliyi məlumat yayıb. 

Əl Şamxanin səfəri Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun dəvəti ilə reallaşacaq. 

Sözügedən görüşdən hansı gözləntilər ola bilər?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, İran rəsmisi ilə Zəngəzur dəhlizinin açılması məsələsi barədə müzakirələr görüşün gündəliyinə daxil ola bilər.

"İyulun 16-ı Türkiyə, İran və Rusiya prezidentləri görüşəcək. İstisna edilmir ki, Zəngəzur dəhlizinin açılması barədə fikir mübadiləsi aparılsın. Çünki indiki mərhələdə bu vacib kommunikasiya olacaq. Azərbaycana gələn İran rəsmisi ilə də bu mövzu barədə müzakirələr aparıla bilər. İranın mövqeyi hazırda dəyişməkdədir, xüsusilə də, Rusiya və İranın sanksiya altında olması Zəngəzur məsələsinin gündəmə gəlməsinə səbəb olacaq", - o bildirib. 
 
Siyasi analitik Asif Nərimanlının fikrincə, görüşdə diqqətçəkən əsas məqam onun Azərbaycanın dəvəti ilə Bakıya gəlməsidir. Onun sözlərinə görə, görüşdə Zəngəzur dəhlizi,  sərhədin delimitasiyası və demarkasiyası müzakirə edilə bilər.
 
"Sözügedən məsələlər regionun gələcəyi ilə bağlı yoluna qoyulmalıdır. Türkiyə, Rusiya, Ermənistan  və Azərbaycan İranın da kommunikasiya  və bənzər məsələlərdə iştirakının tərəfdarıdır. Əli Şəmxaninin İrəvana səfəri və oradakı danışıqları Azərbaycana səfərinə görə planlaşdırılmış ola bilərdi. Həmin görüş İranın İrəvan ilə yaxın olması barədə mesaj rolunu oynaya bilərdi. İrəvan görüşü həm də Şəmxaninin Azərbaycana gəlişində güclü arqumentlər ilə çıxış edə bilməsinə yönəlmişdi. İranın da Azərbaycandan tələbləri var. Tələblərə hər hansı güzəşt edilmədiyi müddətcə İranın mövqeyi sabit qalacaq, Ermənistanın yanındadır. Düzdür, yekunda İran razılaşacaq, amma hazırda və sabahki görüşdə İran tələbləribə sadiq qalacaq. Ümumiyyətlə, İran Azərbaycan ilə Ermənistanın münasibətlərinin yaxşılaşdırılmasında aktiv rolda olmaq istəyir", - o söyləyib. 

Bu səfərdə Əli Şamxani azərbaycanlı həmkarı ilə görüşməklə yanaşı, Prezident İlham Əliyevlə də görüşəcək, ikitərəfli məsələlər, son regional və beynəlxalq hadisələr barədə danışacaq. Bundan öncə Əli Şəmxani iyulun 7-də İrəvana səfər edib və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriroyanla görüşüb.


Gülnar Nazimqızı, Ləman Qasımova



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol