• $
  • €
  • ₽
  • ₺
  • £

XİN başçısının müavini Vyetnamın xarici işlər naziri ilə görüşüb

XİN başçısının müavini Vyetnamın xarici işlər naziri ilə görüşüb
20.07.2022 22:30
Vyetnama rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun Vyetnamın xarici işlər naziri Bui Thanh Son ilə görüşü keçirilib.


Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.


Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi kökləri, hazırkı vəziyyəti və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Vyetnam Sosialist Respublikasının qurucusu Ho Çi Minin vaxtilə Azərbaycana, Ulu Öndər Heydər Əliyevin Vyetnama etdiyi tarixi səfərləri xatırlanıb, bu münasibətlərin müasir zamanda da müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi qeyd olunub. Azərbaycan-Vyetnam arasında aparılan siyasi dialoqun yüksək səviyyədə qorunub saxlanılmasının, qarşılıqlı səfərlərin həyata keçirilməsinin, parlamentlərarası və iki ölkənin hakim partiyaları arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin, Azərbaycan və Vyetnam arasında beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.


Görüş əsnasında Azərbaycan tərəfi bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat təqdim edərək, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hər zaman dəstək verdiyinə görə Vyetnam tərəfinə təşəkkür ifadə edib.


Daha sonra Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə bu ölkənin xarici işlər nazirinin müavini Ha Kim Ngocun rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə iki ölkənin Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.


Görüş zamanı tərəflər Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialı müzakirə edib. Həmçinin, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.


Müzakirələr zamanı regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq perspektivlərinin inkişafına dair fikir mübadiləsi aparılıb, iki ölkə arasında BMT və Qoşulmama Hərəkatı çərçivəsindəki qarşılıqlı dəstəyin göstərilməsi məmnunluqla qeyd olunub.


Nazir müavini Elnur Məmmədov Azərbaycanın Vyetnamdakı Səfirliyi və Vyetnamın Diplomatik Akademiyasının birgə təşkilatçılığı ilə "Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrinin qurulmasının 30 illiyi: əlaqələrin tarixi və gələcək perspektivləri” adlı konfransda fəxri qonaq qismində iştirak edərək çıxış edib.


Çıxışında Elnur Məmmədov iki ölkə arasında diplomatik əlaqələrinin tarixinə və inkişafına nəzər salıb, Azərbaycanın Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı aparılan müzakirələr zamanı beynəlxalq hüquqa əsaslanan Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Vyetnam tərəfinə təşəkkürünü ifadə edib. Daha sonra nazir müavini konfrans iştirakçılarına Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra regionda açılan imkanlardan, azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurulma işləri, enerji və nəqliyyat sahəsində həyata keçirilən iri-miqyaslı layihələr, habelə beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatında fəaliyyəti barədə məlumat təqdim edib.


Həmçinin, tədbir zamanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə ADA Universiteti və Vyetnam Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Bununla yanaşı, səfər çərçivəsində Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının və Vyetnam Milli Assambleyasında fəaliyyət göstərən Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərləri ilə görüş həyata keçirilib.


Nazir müavini Elnur Məmmədov Vyetnamın aparıcı Kütləvi İnformasiya Agentliklərinin nümayəndələri ilə təşkil olunmuş mətbuat konfransı zamanı Azərbaycan və Vyetnam arasında münasibətlərin inkişaf perspektivləri barədə fikirləri ilə bölüşmüş, media nümayəndələrinin ölkəmiz haqqında çoxsaylı suallarını cavablandırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol