• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentin köməkçisi STM-nin fəaliyyəti ilə bağlı iclasda 6 aylıq hesabatı DİNLƏDİ

Prezidentin köməkçisi STM-nin fəaliyyəti ilə bağlı iclasda 6 aylıq hesabatı DİNLƏDİ
26.07.2022 13:20
Sosial Tədqiqatlar Mərkəzində (STM-də) Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifovanın iştirakı ilə qurumun 2022-ci ilin birinci yarım illiyinin yekunlarına həsr olunan yığıncağı – hesabat iclası keçirilib.

Mərkəzin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, görüşün məqsədi Mərkəzin elmi-analitik və tədqiqat işlərinin dövlətimizin cari və strateji mənafeləri, tapşırıqları ilə uzlaşması durumuna qiymət vermək, beyin mərkəzlərinin geniş profil və miqyasda hərtərəfli fəaliyyətinə nəzər salmaq, xüsusilə, son iki ildə Vətən müharibəsində parlaq qələbədən sonra  regional və beynəlxalq məkanda baş verən sürətli dəyişikliklərə dair qərar qəbuledicilərin STM qarşısında qoyduqları vəzifələrin icrasına dair hesabat verməkdir.

O, ölkə başçısı tərəfindən yaradılan qurumun fəaliyyətində, data əsaslı idarəçilik konsepsiyasına verilən töhfələri sadaladı, dövri olaraq, müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi, sosial dinamikanın və aparıcı tendensiyların ölçülməsi, proqnozlaşdılması sahəsində  görülən işlərdən bəhs edib.

Son altı ayla bağlı Mərkəzin hesabatını təqdim edən İdarə Heyətinin sədri vurğulayıb ki, 2022-ci ilin birinci yarısı üzrə ölkəmizin aktual siyasi və sosial-iqtisadi məsələləri ilə bağlı, xüsusən siyasi gündəmin həyati vacib mövzuları istiqamətində çoxsaylı analitik hesabat, açıq və qapalı arayışlar, ictimai rəy sorğuları, müxtəlif tədqiqat və təhlil sənədləri dövlət başçısına təqdim olunub.

"Mərkəzin strukturuna daxil olan üç departament tərəfindən ümumilikdə 5 ümumölkə sorğusu keçirilib, 54 açıq və qapalı arayış sənədi, 38 elmi məqalə, 1 elmi jurnal və 1 kitab hazırlanıb, Mərkəz əməkdaşları tərəfindən yerli və xarici mediada çoxsaylı müsahibələr, açıqlamalar, çıxışlar edilib. Cari ilin birinci yarısı üzrə ümumilikdə 4844 respondentin rəyini əhatə olunub. Sorğular Prezidentin fəaliyyətinin ictimai rəy əsaslı və artıq ənənəyə çevrilən qiymətləndirilməsi – "İnam indeksi”nin 7-ci buraxılışı 15 iyun tarixində uğurla təqdim olundu, cəmiyyətin sosial-iqtisadi qayğı və gözləntiləri, regional idarəetmədə əhalinin struktur və xidmətlərdən məmnunluğu və digər mövzu istiqamətlərində çoxsaylı məsələlərə vətəndaşların münasibətini, ictimai rəyi öyrənib. Hazırda sorğuların keçirilməsi işləri davam edir və cənab Prezidentin sərəncamı ilə təsdiq olunan "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 4.9 bəndindən irəli gələrək, dövlət qurumlarının fəaliyyətinin qiymətləndirilməsi məqsədi ilə vətəndaşların dövlət xidmətlərindən məmnunluq sorğusu keçirilir”, - Zahid Oruc bildirib.

Tədbirlər Planına əsasən 5 il ərzində Mərkəzə həvalə olunan Milli Fəaliyyət planı çərçivəsində STM tərəfindən əhalinin dövlət xidmətlərindən məmnunluq sorğuları elektron formada hər il  "barometr.az” saytı üzərindən keçirilməsi nəzərdə tutulub.

"Mərkəz tərəfindən ilin birinci yarısı ərzində 7 analitik hesabat hazırlanıb. O cümlədən, Avropa Birliyinin EU4-Digital təşəbbüsü  çərçivəsində - Şərq Tərəfdaşlığı regionunda kiberdayanıqlığın artırılması üzrə kibertəhlükəsizliyə dair fəaliyyət” proqramı ilə bağlı layihə çərçivəsində sorğu əsaslı hesabat, Azərbaycan Respublikasının Biznes Mühiti və beynəlxalq Reytinqlər üzrə Komissiyasının "Sərhəddə ticarət” işçi qrupu tərəfindən verilən sifariş əsasında hesabat, Rifah barometri və digər analitik hesabatları qeyd edə bilərik. Sənədlər aidiyyəti sahələrdə dövlət orqanlarının fəaliyyətində, ümumiyyətlə dövlət siyasətinin formalaşmasında, qərarvermə mərhələsində tədqiqat nəticələrinə əsaslanması baxımından siyasət təklifləri ilə zənginləşdirilib.Arayış sənədlərində geosiyasi məkanda və ölkə daxilində siyasi, sosial-iqtisadi, ictimai əhəmiyyətli müxtəlif aktual proseslərin, ictimai meyillərin, cərəyanların vəziyyəti, yaranan problemlərlə bağlı mümkün həll yollarına dair  təkliflər və proqnozlar öz əksini tapıb”, - mərkəzin sədri deyib.


İclasda əməkdaşlar tərəfindən yerli və xarici mediada çoxsaylı çıxışlar, müsahibələr, dövlət siyasəti ilə bağlı şərhlər verilib,  müxtəlif yerli və beynəlxalq elmi konfranslarda məruzə və çıxışlarla iştirakına toxunulub, həmçinin Mərkəzin media platformasının gündəlik rejimdə aktiv fəaliyyət göstərməsindən, yarım il ərzində video platformasında 70-dən artıq kontent yerləşdirilməsi, 100 minə yaxın baxış əldə olunmasından bəhs edilib. Digər sosial şəbəkə hesabları üzrə 150-dən artıq kontent paylaşılıb. Mətbuat xidməti STM-in hazırladığı təhlil və tədqiqat sənədlərinin gündəmdə qalmasını təmin edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Mərkəz əməkdaşları ilə keçirilən ötən görüşdə qaldırılan məsələlərin yüksək keyfiyyətlə və ciddi məsuliyyətlə icra edildiiynə diqqət çəkərək, STM-in özünəməxsus dəsti-xəttinin olduğunu və təqdim edilən sənədlərin xüsusi diqqətlə təhlil edildiyini vurğuladı. Eyni zamanda, prezident köməkçisi aidiyyatı dövlət qurumlarına göndərilən sənədlərin diqqətlə araşdırıldığını və fəaliyyətləri üçün zəruri olan təklif, rəy və siyasət tövsiyyələrinə həssaslıqla yanaşıldığını qeyd edib.

O daha sonra qurumun fəaliyyətinin cari və gündəlik hadisələr əsasında deyil, dövlətimizin və xalqımızın həyati mənafeləri, sosial-siyasi gündəliyi və 44 günlük müharibədən sonra yaranan yeni regional-beynəlxalq tendensiyalar əsasında qurulduğunu xüsusi vurğulayaraq, qonşu ölkələrdə analoji tendensiyaların daha yaxından izlənilməsi və müqayisəli təhlillərin aparılması, yeni milli ideologiyanın və siyasi kimliyin formalaşmasında prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətdən bəhs edərək tədqiqat mərkəzlərinin üzərinə düşən vəzifələrin geniş spektrini göstərdi.Xüsusilə, Qarabağda daimi sülhün bəqrəqrar edilməsi  və "Böyük qayıdış” istiqamətində tarixdə misli görünməmiş qurucluq işlərinin xalqımız tərəfindən yüksək qiymətləndirdiyini, eləcə də itkin düşən şəxslər və mina problemləri ilə əlaqədar ölkə başçısının beynəlxalq miqyaslı fəaliyyətinə diqqəti çəkərək bu sahədə əsas hədəflərə geniş yer verən Hikmət Hacıyev siyasi institutların əsas öhdəliklərini xatırladıb.

Prezident köməkçisi qurumun fəaliyyətinə müsbət qiymət verməklə yanaşı, Mərkəz qarşısında dayanan mühüm vəzifələri qeyd edib.
 

























www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol