• $
  • €
  • ₽
  • ₺
  • £

Londonkdakı təxribat vaxtı binada 1 qadın olub

Londonkdakı təxribat vaxtı binada 1 qadın olub
11.08.2022 08:38
London polisi   iki saatdan bir dəyişilmək şərtilə 24 saat ərzində Azərbaycanın Britaniyadakı səfirliyinin binasının mühafizəsini təşkil edib. Bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin müşaviri Rəşad Vahabzadə bildirib. 
 
"Eyni zamanda səfirliyin yerləşdiyi küçədə iki saatdan bir xüsusi nəzarət keçirilir . Həm xarici təhlükəsizliyimiz, həm də daxili təhlükəsizliyimiz tam şəkildə təmin olunur”,  -  Vahabzadə Real televiziyasına verdiyi müsahibədə bildirib. 
 
Avqustun 4-də  Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin binasına özlərini dini qruplaşma üzvləri sayan şəxslər hücum edib.Onlar binaya daxil olaraq vandalizm aktı törədib, müxtəlif dini şüarlar səsləndirib və Azərbaycan bayrağını eyvandan aşağı ataraq dini yönümlü bayraqlar qaldırıblar.Yerli polisin müdaxiləsindən sonra hadisəni törədən şəxslər binadan çıxarılıb və saxlanılıblar.

Rəşad Vahabzadə bunu ölkəmizin tarixində görülməyən bir hadisə olduğunu və ictimaiyyətdə böyük şok yaratdığını bildirib.

"Ölkəmizin tarixində görülməyən hadisədir.Bu hadisə, əlbəttə tək bizim ictimaiyyətdə deyil, özümüzdə belə şok yaratdı. Belə hadisələr gözlənilən olmur. Amma yenə də bu dərəcədə, bu miqyasda və xüsusilə bunun Birləşmiş Krallığın paytaxtı London şəhərində baş verməsi böyük şoka səbəb oldu”, - Vahabzadə deyib.
 
Onun sözlərinə  görə, hadisə baş verən an səfirlikdə dörd nəfər diplomat çalışıbı, digərləri isə məzuniyyətdə idi. O cümlədən, səfir  Elin Süleymanov da məzuniyyətə çıxıb. Ancaq hadisəni öyrənib dərhal mərkəzin icazəsi və təlimatı ilə Londona qayıdıb. 

"Yerli vaxtla axşam saat təxminən beş radələrində ətraf küçələrdən çox dəhşətli bağırmaq, sədalar, şüarlar eşidilib. Birdən gözlənilməz olaraq səfirliyin qapısı sərt şəkildə döyüldü. Hətta döyülmədi, zərbələr endirildi. Daha sonra anlaşıldı ki, qapı sındırılır. Vəziyyətin kəskinləşməsini, onların şüar səsləndirməsini nəzərə alaraq, ilk növbədə, biz-yəni üç nəfər, üç nəfərdən biri qadın idi, əməkdaşlarımızın təhlükəsizliyini təmin etməyə çalışdıq”, - Vahabzadə bildirib.

O həmçinin basqınçılarla  heç bir kontakta girilmədiyini vurğulayıb.

"Yerli polis bizdən ciddi şəkildə xahiş etdi ki, onlarla heç bir əlaqə qurmayaq. Çünki hər hansı təmas gözlənilməz ola və hadisələrin inkişafını istənilməz istiqamətə apara bilərdi.Azərbaycan vətəndaşının təhlükəsizliyi bizim üçün prioritetdir. Nəzərə alsaq ki, aramızda bir xanım da var idi. Azərbaycan vətəndaşının, xüsusilə, Azərbaycan diplomatının girov götürülməsinin hər bir şəkildə qarşısı alınmalı idi”,  -  Vahabzadə bildirib. .

Onun sözlərinə görə , hazırda suallar var və onlar hazırda Böyük Britaniya tərəfinə verilir.
 
"Həm Bakıda, həm də burda bu istiqamətdə intensiv danışıqlar aparılır. London polisi ilə biz daima təmasda idik.Onların verdiyi digər təlimatda belə oldu ki, onlar bizim icazəmizlə  binaya daxil olacaq . Çünki bu Azərbaycan ərazisidir. Onlar binaya daxil olur və orda qalmış insanların təhlükəsizliyini təmin edir. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki,biz binanı tərk etməyəcəyimizi polisə bildirdik.Buna cavab olaraq əməliyyata rəhbərlik edən şəxs bizə ciddi şəkildə bildirdi ki, biz binanı tərk etməyincə onlar heç bir şəkildə qarşı əməliyyat keçirə bilməz.Çünki onların silahlı olması şübhəsi var.Buna görə birinci mərhələdə onların məqsədi diplomatları kənarlaşdırmaqdır hadisə yerindən, daha sonra əməliyyatın artıq digər hissələrinə başlamaqdan ibarətdir.Bunu nəzərə alaraq və mərkəzlə də müzakirə edərək biz qərara aldıq ki, polisin müşayiətində tam təhlükəsizlik qorunmaq şərtiylə hadisə yerindən uzaqlaşdırılaq.Xüsusi həsass məqamlar da qorunaraq binadan çıxarıldıq”.

Bakıda Böyük Britaniyanın Müvəqqəti İşlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olundu.Müvafiq danışıqlar aparılıb. Lazım olan məsələlər onun diqqətinə çatdırılıb.

"Mən özüm böyük şairimiz Bəxtiyar Vahabzadənin oğluyam.Hansı şəraitdə böyüməyim, yəqin ki, hamıya bəllidir. Ona görə belə bir vəziyyətin yaranması, əlbəttə ki, mənim üçün də, bizim əməkdaşlar üçün də çox ağrılı oldu.Mərkəzin tapşırığı, göstərişi və başlıca vəzifəmiz olaraq birinci onu deyim ki, şəxsən özüm və əməkdaşlarımızın köməyi ilə Azərbaycan bayrağı öz haqlı yerinə qaytarıldı", - diplomat deyib.
 
Sadiq Cavadov


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol