• $
  • €
  • ₽
  • ₺
  • £

Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsovdan AÇIQLAMA

Xankəndi Bakının nəzarətinə keçir - Kuznetsovdan AÇIQLAMA
10.08.2022 21:15
Qarabağ ətrafında vəziyyətin indiki gərginləşməsini mən öncədən proqnozlamışdım. Hələ o zaman aydın görünürdü ki, yeni hərbi şəhərciklərin və poliqonların tikintisi üçün yerlər elə seçilib ki, onlar bütün əsas əməliyyat və maddi-texniki təchizat xətlərini bağlaya bilsinlər.

Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

"Şəxsən mənim üçün təəccüblü heç nə yoxdur ki, Qarabağda xüsusi əməliyyat başlandı: bu, asanlıqla təxmin edilən, proqnozlaşdırıla bilən, hətta açıq-aydın görünən bir məsələ idi. Mənə bunun nəticəsi aydın görünürdü: Azərbaycan heç bir əlavə qüvvə və vasitələrin səyi olmadan və ya şəxsi heyət itkisini minimuma endirmək üçün onlardan ən səmərəli şəkildə istifadə etməklə öz hərbi-siyasi məqsədlərinə nail olacaq. Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək.
Rusiya mətbuatında Qarabağ ətrafında baş verənlərə münasibətə gəlincə, demək olar ki, o yox səviyyəsində idi. Bu mövzuda ara-sıra nəşrlər Rusiya mətbuatında çıxdı. Azərbaycan Ordusunun Qarabağda erməni separatçılarının qanunsuz silahlı dəstələrinin qalıqlarına qarşı əməliyyatı 2020-ci ildə olduğu kimi diqqəti cəlb etmədi. Görünür, bu vəziyyət Bakıda hesablanıb və özünü tam doğruldur.

Tamamilə göz qabağındadır ki, Rusiya sülhməramlıları Azərbaycan hərbçiləri ilə erməni terrorçuları arasında canlı qalxan rolunu oynamayacaqlar - buna yenə də 2020-ci ildə inanmaq olardı, amma 2022-ci ildə - heç vaxt. Bunun bir neçə izahı var.

Birincisi, Rusiya sülhməramlı kontingentinin şəxsi heyəti son il yarım ərzində bir neçə dəfə rotasiyaya məruz qalıb, komandirlər, zabitlər və əsgərlər dəyişdirilib, buna görə də hazırda Qarabağda kifayət qədər ideoloji cəhətdən doldurulmuş sülhməramlıların ilk tərkibinin əvəzinə, sadəcə atəşkəsləri qeyd edən və asayişi təmin etməyə cəhd edən rusiyalı "hərbi polislər” durub.

İkincisi, son bir il yarım ərzində Rusiyanın hərbi-siyasi rəhbərliyinin geosiyasi prioritetləri əhəmiyyətli dərəcədə dəyişdi. Bu da öz növbəsində Qarabağda sülhməramlıların ermənipərəst davranış nümayiş etdirməyə məcbur etmir.

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi xüsusi əməliyyata şəxsi münasibətimə gəlincə isə, 2020-ci il sentyabrın 27-də olduğu kimi, indi də mən Azərbaycan Ordusunun yanındayam!” - deyə həmsöhbətimiz bildirib./Axar.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol