• $
  • €
  • ₽
  • ₺
  • £

İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib - DEPUTAT

İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib -  DEPUTAT
26.08.2022 14:38
Azərbaycan həmişə İranla münasibətlərin qorunmasında maraqlı olub və əlaqələrin inkişafı üçün davamlı səylər göstərib. Amma həm Birinci, həm də İkinci Qarabağ müharibəsi vaxtında İran Azərbaycana qarşı ikiüzlü siyasət nümayiş etdirib. Bu sözləri "Report”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O deyib ki, Azərbaycan yenə də İranla hər zaman səmimi və dostluq münasibətləri qurmağa çalışıb.

"Hətta Vətən müharibəsindən sonra Prezident Cəbrayıla səfəri zamanı əlini Xudafərin körpüsünə uzadaraq bu körpünün dostluq və qardaşlıq körpüsü olduğunu dedi. Ancaq Tehran müharibədən əvvəl İrəvanı silahlandırmaqla yanaşı, sonrakı dövrdə Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı müxtəlif bəyanatlar səsləndirirdi. İranın ikiüzlü siyasətini, əlbəttə, qəbul etmirik. İran bu cür yanaşmalara son qoymalıdır”,- o deyib.
 
Məmmədov vurğulayıb ki, İran bölgədə sabitliyin təmin olunmasında, keçmiş Qarabağ münaqişəsinin həllində maraqlı olmayıb.

"Tehran Bakının daha da güclənməsindən narahatdır. Azərbaycanın qələbəsi bir sıra dövlətləri, o cümlədən İranı ciddi narahat edir. İran bizi özünə din qardaşı hesab etmir, müsəlmanların yanında olduğunu bildirir. Lakin İran bunu söyləsə də, əməldə Ermənistanı dəstəkləyir. Bu, islam prinsiplərinə ziddir, qəbuledilən deyil. Azərbaycan bu məsələdə dəfələrlə mövqeyini bildirib”, - deputat qeyd edib.

Milli Məclisin deputatı xatırladıb ki, Pəhləvilər sülaləsinə qədər İranda hakimiyyətdə olanlar azərbaycanlılar idi.

"Azərbaycanlılar uzun müddət İranın idarə olunmasında, dövlətçiliyin güclənməsində fəal iştirak ediblər. Amma bu gün İran bizim bu səylərimizi gözardı edir, azərbaycanlıları sıxışdırır, hüquqlarını məhdudlaşdırır. Əlbəttə, bu, başadüşülən deyil. Halbuki orada yaşayan ermənilər üçün hər cür şərait yaradılıb. Məktəbləri, kilsələri, ictimai təşkilatları sərbəst fəaliyyət göstərir. İkinci bir tərəfdən, İran oradakı azərbaycanlıların öz doğma dilində təhsil almalarına mane olur. Fəqət, dediyim kimi, oradakı ermənilərə münasibət belə deyil. Orada yaşayan azərbaycanlıların hüquqlarının pozulması beynəlxalq hüquqa da ziddir. Bu münasibət bizi ciddi narahat edir. İran bu siyasətə son qoymalıdır”, - millət vəkili bildirib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol