2 rayonun icra başçısı dəyişdirildi

Prezident İlham Əliyev Ceyhun Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqındasərəncam imzalayıb. AzərTAC-ın verdiyi məlumata görə, Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.Prezidentin digər sərəncamı ilə İrşad Əliyev bu vəzifədən azad edilib.Prezident İlham Əliyevin digər sərəncamı ilə Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Prezidentin sərəncamı ilə Nizami Sadıqov bu vəzifədən azad olunub. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























